İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib

İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verib.

"Nəsimi Bağları" kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.

Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən "Nəsimi Bağları" kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə "Nəsimi Bağları"ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün "Capybara Cafe" və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının gədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks ərazisindəki "Magic Village" hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı "Honey Nest" kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.

Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -"Capybara Land" var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan instalyasiya nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

"Nəsimi Bağları" kompleksində 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik də salınıb.

Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.

Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.

İlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənibİlham Əliyev və birinci xanım "Nəsimi Bağları"nda - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 861   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 276
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 444
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 211
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 122
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 327
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 361
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 289
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 245
.