Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı olduTanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb.
Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub.

Şəhla Aslan ilə baş tutan səmimi söhbətimizdə o, bizə Türkiyə telekanalında aparıcılığa necə başlaması ilə bağlı açıqlamalar verib.

BiG.AZ sözügedən müsahibəni təqdim edir:

Necə oldu ki, Türkiyə telekanalında veriliş aparıcısı oldunuz?

2019-cu ilin Sentyabr ayından akademik təhsilimi davam etdirmək məqsədiylə Ankarada yaşayıram. Türkiyənin dövlət universiteti olan Qazi Universitetində dövlət proqramı əsasında doktorantura təhsili alıram. Azərbaycan KİV-də fəaliyyət göstərdiyim zamanlardan qardaş ölkə Türkiyə mediasıyla sıx əlaqələrimiz vardı. Ortaq layihələrdə çalışmaq bu əlaqələri daha da möhkəmləndirmişdi. Təhsil almaq səbəbiylə Türkiyədə uzun müddət qalacağımı bilən mediadakı dostlarımızdan iş məsələsində təkliflər aldım. Bu günlərdə isə Türkiyənin televiziyası olan "KonTV"nin Ankara təmsilçiliyindən gələn yeni bir verilişdə aparıcılıq təklifini dəyərləndirdim. Verilişin həftədə bir gün, canlı yayımlanması dərslərimə daha çox zaman ayıra bilməyimə əngəl olmayacaq. Bu səbəbdən təklifi qəbul etdim.

Məlumat aldım ki, aparıcısı olduğunuz verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirləri müzakirə olunacaq. Bu proqramda Azərbaycana dair də nəsə görə biləcəyik?

Verilişin belə formatda olmasını şəxsən mən istədim. Sağ olsun, rəhbərlik də qəbul etdi. Verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların, Türkiyəyə dair fikirlərini müzakirə edəcəyik. Türkiyənin dünənindən bu gününə qədər keçdiyi inkişaf yolu, mədəniyyəti, tarixi, ədəbiyyatı, təhsil sistemi, sosial vəziyyət və s. haqqında danışacağıq. Türkiyədə istər dövlət tərəfindən, istərsə də yerli əhali tərəfindən xarici vətəndaşlara olan münasibət, xaricilərin burada qarşılaşdıqları fərqliliklər, yaşam tərzləri gündəmə gətiriləcək.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı olduİlk olaraq, verilişdə Türkiyədə təhsil alan xarici tələbələr, daha sonralar isə fərqli dövlətlərdən olan diplomatik nümayəndələr qonaq olacaq, onların konkret mövzulara dair fikirləri paylaşılacaq. Məqsədimiz Türkiyəni öz vətəndaşının baxışından dünya dövlətlərinə tanıtmaqdır.

Azərbaycana gəldikdə isə, ilk günlərdən konkret bir şey demək çətindir. Çünki bu veriliş sırf Türkiyənin müzakirəsi üçün nəzərdə tutulub. Təbii ki, zaman-zaman, söhbət əsnasında Azərbaycan mədəniyyəti, təhsili, turizmi və s. haqda da bəhs edəcəyik. Ümumiyyətlə, belə bir verlişin, tanıtımın Azərbaycan üçün vacibliyininin fərqindəyəm. Gələcəkdə bənzər fürsətim olarsa, bunu da sevə-sevə edərəm.

Planda başqa hansı layihələr var?

Hazırda ön planda doktorantura təhsilini uğurlu bir şəkildə davam etdirmək, Türkiyə təhsil sistemində, təhsil sahəsində öz keyfiyyətiylə seçilən Qazi universitetinin elm sahəsində uğurları ilə tanınan müəllim heyətindən faydalanmaqla cəmiyyət üçün, elm aləmi üçün lazımlı olan bir sahədə elmi araşdırmalar etmək, elmi işi layiqli bir şəkildə müdafiə edə bilməkdir. Türkiyə təhsil sistemindən öyrənəcim çox müsbət nüanslar var. Gələcək karyeramda təhsilin idarəedilməsi istiqamətində öyrənəcəklərimin tədrisi və təbiqi üçün hazırki şəraitdən yüksək səviyyədə istifadə etməyə çalışıram. Bundan əlavə, yaxın vaxtlarda esse və hekayələrdən ibarət kitabımın Azərbaycan və türk dilində çapı nəzərdə tutulur. Eyni zamanda, jurnalistika fəaliyyətini də aktiv şəkildə davam etdirməyə çalışacağam.

Qeyd edək ki, ilk canlı yayımı 22 Yanvarda efirə verilən verilişdə Türkiyədə təhsil alan xarici tələbələr qonaq olub. Verilişdə Türkiyə təhsil sistemi, təqaüd proqramları, buradakı yaşam tərzi, milli mətbəx, mədəniyyət, Türkiyənin turistik yerləri və s. haqda danışılıb. Sözügedən veriliş hər həftənin 3-cü günü Azərbaycan saatı ilə 16-da "KonTV"-də canlı yayımlanacaq.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı olduLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 3795   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.