Rəqəmsal empatiya – olmazsa olmaz

Rəqəmsal empatiya – olmazsa olmazEmptiya hissi olmadan nə fəaliyyətimizdə, nə də şəxsi həyatımızda uğur qazana bilmərik. Bu hissindən rəqəmsal dünyada da geniş istifadə olunur.

Unutmamalıyıq ki, ekran arxasında əyləşən İNSANDIR!

Sosial media sadəcə bir yayım vasitəsi deyil. O, eyni zamanda cəmiyyət ilə sosial münasibətlər qurmağa, əlaqə saxlamağa şərait yaradan bir platformadır.

Sosial şəbəkələr bizə empatiya ilə yanaşır. Başqa sözlə, bizim bəyəndiyimiz, paylaşdığımız və s. kimi məlumatlar (datalar) əsasında bizi tanıyır və buna uyğun məlumatları bizə təqdim edir. Buna görə də reklam şirkətləri hər hansı bir reklamı təqdim etməmişdən əvvəl mütləq auditoriya ilə empatiya qurmaq məcburiyyətindədir. Auditoriyanın kimlərdən təşkil olduğunu, onların nə ilə maraqlandığını, diqqətlərinin nəyi çəkə biləcəyini müəyyənləşdirməlidir. Lakin bu, o qədər də asan deyil. Amma bunu empatiya hissinin köməyi ilə əldə edə bilərik.

Niyə rəqəmsal empatiyaya ehtiyacınız var?

Rəqəmsal empatiya nəinki markanızı və mesajınızı paylaşır, eyni zamanda düzgün şəkildə həyata keçirilmək şərti ilə auditoriyanıza onlar haqqında nə düşündüklərinizi də göstərir. Yalnız ümumi auditoriya haqqında deyil, həm də şəxs və onun ehtiyacları haqqında düşündükləriniz də göstərmək şansı yaradır. Məlumatlandırmaq və uzaqlaşdırmaq arasında incə bir xətt vardır. Buna görə də bu xəttin olduğu yerə diqqət yetirin və həmin həlledici xətti keçməyəcəyinizdən əmin olun.

Yaxşı bəs empatiya nədir?

Empati sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə "hiss", "duyğu" mənalarını ifadə edir. Bu termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Tam mənası ilə empatiya şəxsin özünü başqa birinin yerinə qoyaraq onun hiss, həyəcan, istək və davranışlarını anlamaq qabiliyyətidir. İnsan özünü başqa birinin yerinə qoyduqda, sanki onun şüuraltı düşüncələri ilə əlaqə yaratmış olur. Beləliklə, insan qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, hansı mənəvi əziyyətlər yaşadığını, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü belə başa düşə bilir.

Empatiyanın 2 növü vardır:

1. Hissi empatiya

Buna eyni zamanda "duyğu empatiyası" da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlamağa kömək edir. Buna misal olaraq narahatçılıq empatiyasını göstərə bilərik. Bu empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Belə ki, qarşısındakı insan ağladığı zaman uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.

2. İdrak empatiyası

Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak və ya təfəkkür empatiya formasının özünün müxtəlif növləri vardır. Bu empatiya növünə sahib olan insanlar başqalarını psixoloji baxımdan anlamağı bacarır.

Rəqəmsal empatiyanı necə quraq?

Emosional zəka – yalnız fərdi sosial media hesablarımızdakı izləyicilər üçün deyil. Bu eyni zamanda markaların hədəf auditoriyasını tanıması, ehtiyaclarına cavab verməsi, düzgün və daimi ünsiyyət qurması baxımından çox vacibdir. Beləliklə, sosial media strategiyanıza emosional zəkanı necə əlavə edə bilərsiniz? Haradan başlayacağınıza əmin deyilsinizsə aşağıda qeyd olunmuş bir neçə məsləhətə diqqət yetirə bilərsiniz:

Fərqindəlik yaradın

Kütlənizin davranışlarını izləyin. Ehtiyaclarını müəyyən edib, onun üzərindən münasibət qurmağa çalışın. Onların fərqliliklərini tapmağa çalışın. Buna uyğun olaraq əldə etdiyiniz məlumatları qeyd edin.

Motivasiya verin

Hədəf kütlənizlə empatiya quraraq, onların motivasiya qaynaqlarını tapmağa çalışın. Kütlənizin motivasiya qaynağını tapa bilsəniz, onları paylaşımlarınızla motivasiya edərək münasibətlərinizi gücləndirə bilərsiniz.

Dinləməyi bacarın

İzləyiciniz hər hansı neqativ bir mesaj və ya şərh yazarsa, onları mütləq dinləyin. Şikayətini önəmsəyin, həll etmək üçün əlinizdən gələni etməyə çalışın. Bu proses səbir tələb edir. Ona görə də səbirli olun.

Rəqəmsal empatiyanın ən təsirli üsullarından biri, təkcə təsir edəcəyiniz kütləni anlamaq deyil. Eyni zamanda onların ehtiyacı olan məlumatları əldə etmək və bu məlumatları paylaşmaqdır. Kütlənizin marağında olmayan mövzular hazırlayıb təqdim etmək, onları sizdən uzaqlaşdıra bilər.

Fəxrəddin Laçınlı

Rəqəmsal Rabitələr Üzrə Araşdırmaçı


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1510   Tarix: 16 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

TOP MP3