Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazı

Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazıHaqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Selin Şəkərçidən danışırıq.

Selin Şəkərçi 1989-cu il iyunun 1-də Türkiyənin İzmir şəhərində doğulub.

Selinin atası ərəb, anası azərbaycanlıdır. O, beş yaşında olanda ata-anası boşanıb. Səkkiz yaşınadək balet təhsili alıb. İbtidai təhsil və liseyi İzmirdə oxuyub.

Anasının istəyi və köməyi ilə teatr kurslarına gedib. Həmin dönəmdə İzmirdə özəl bir teatr və İzmir Dövlət Teatrında uşaqlar üçün səhnələşdirilən tamaşalarda rol alıb. 2006-cı ildə İstanbula gələndə Selinin 18 yaşı vardı. Böyük şəhərə gəlişi ilə seriallar və reklamlarda görünməyə başlayır.

Həmin il ekranlara çıxan "Sağır oda" serialı ilə Selin Şəkərçinin kino karyerası da start götürür. Bir il sonra çəkilən "Kavak yelleri" adlı serialında bir neçə bölümündə səhnə alır. Bu məşhur serialda Fəyza obrazına həyat verir.

Selin 2008-ci ildə çəkilən "Melekler korusun" serialında da görünür. Gənc aktrisa bu serialda Özgə Özpirinçci, Rojda Dəmirər, Hümeyra, Avni Yalçın kimi usta oyunçularla rol alır. Həmin serialda Özgür Çelikli adlı bir həvəskar aktyorla eyni xarakteri canlandırır.

1969-cu ildə Necati Cumalının yazdığı eyniadlı əsər əsasında 2011-ci ildə çəkilən "Ay büyürken uyuyamam" adlı bədii filmdə Ayça Bingöl, Hazal Kaya, Fırat Çeliklə birgə rol alır. Filmin rejissoru Şərif Görəndir.

2011-2013-cü illərdə ekranlara öz möhrünü vuran "Leyla ile Mecnun" serialının ən sevilən obrazlarından biri olan Şəkərparə obrazına da Selin Şəkərçi həyat verib. Cəmi iki seriyada görünən Şəkərparə serialın sonunadək İsmayıl abini (Serkan Kəskin) xəyal kimi izləyir. Rejissoru Onur Ünlünün olduğu bu serialda Azərbaycan əsilli aktrisa Sərkan Kəskin, Ali Atay, Osman Sonant, Köksal Engür, Ahmet Mümtaz Taylan və Cengiz Bozkurt kimi peşəkarlarla eyni səhənədə rol alıb.

2012-ci ildə Mahsun Kırmızıgülün rejissoru olduğu "Benim için üzülmə" serialında Irmak obrazını canlandırır.Həmin il Mert Önerlə birlikdə "TRT Okul" üçün "Ben yaparım" adlı proqram hazırlayır.

2013-cü ilin Yeni İl bayramı gecəsində "O Səs Türkiyə" yarışmasında "Feeling good" adlı mahını səsləndirərək, Ebru Gündeşin komandasında daxil olur.

2014-cü ildə başlayan "Kaçak gelinler" serialının baş rollarından biri olan Şəbnəm Gürsoy obrazını canlandırır. Ekran əsərinin digər baş rollarına Dəniz Baysal, Açelya Topaloğlu, Furkan Andıç, Fırat Albayram can vermişdi.

2015-ci ildə yayıma başlayan "Acı aşk" serialında Sude rolunu oynayır. Bu serialda Sezgi Sena Akay, Seçkin Özdəmir, Alpərən Duymaz, Hüseyn Avni Danyal, Ərkan Canla birlikdə rol almışdı.

2016-cı ildə yayıma başlayan "Rengarenk" serialında isə Renk xarakterini canlandırır. Bir il sonra ekranlara çıxan "Çoban yıldızı" serialında isə Zöhrə obrazını...

Selin Şəkərçi bu ekran əsərləri ilə yanaşı, "İzmir çetesi", "Siyah beyaz aşk", "Sevgili komşum" və "Kızım" adlı serialların yaradıcı heyətində yer alıb. Teleqraf.com


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 8013   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

KİV: Teylor Svift toyunu istədiyi tarixdə keçirmək üçün digər gəlinə rüşvət verib

Amerikalı müğənni Teylor Svift toyunu istədiyi tarixdə keçirə bilmək üçün başqa bir gəlinə rüşvət verib. xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Müğənni amerikalı futbolçu Trevis Kelsi ilə toy mərasimini 2026-cı il iyunun 13-də keçirməyi planlaşdırır. O, ABŞ-nin Rod-Aylen

07.12.2025 272
.

Anar Röyadan ayrılma səbəbini AÇIQLADI - VİDEO

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb. xəbər verir ki, verilişdə iştirak edən hüquqşünas onların ailə həyatının dağılmasında Anarı günahlandırıb. Anar Cəlilov isə ittihamlara cavab verərək, ailəsinin dağılma səbəbini

07.12.2025 1160
.

"Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı"

Şair Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" verilişindən ayrılmasından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Pərvizə görə" proqramında söz açan şair bunları deyib:. "Abid Şərifovun (Baş nazirin sabiq müavini - red.) həyat yoldaşı gördüm ki, "Banu"

08.12.2025 760
.

Onların serialları təxirə düşdü

2026-cı ilin ilk ayları üçün planlaşdırılan "Hayatın Benim" və "Serseri Aşıklar" seriallarının çəkilişi bir-birinin ardınca ləğv edilib. Axşam.az xəbər verir ki, buna səbəb isə artan xərclər və azalan reklam gəlirləridir. Layihələrin gələcək taleyi ilə bağlı isə hələlik heç nə məlu

06.12.2025 241
.

"Şeron"dan buna görə gedib

Müğənni Nicat Rəhimov "Şeron" qrupundan getməsindən danışıb. Axşam.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bəhs edib. O bildirib ki, qrupun rəhbəri Rüstəm Zeynallı ilə dost münasibətləri olduğu üçün bu addımı atmağa utanıb:. "Qrupda ən uzu

06.12.2025 258
.

Məşhur filmin yeni bölümü çəkiləcək

"Sony Pictures" şirkəti "Men in Black" ("Qara geyimli adamlar") franşizasının beşinci filminin çəkiləcəyini açıqlayıb. "Deadline" nəşrinə istinadən xəbər verir ki, film artıq hazırlıq mərhələsindədir. Yeni bölüm üçün ssenarini Kris Bremner yazacaq. İşini bitirdikdə

07.12.2025 258
.

"Emili Parisdə"nin aktyoru narkotikə görə saxlanıldı

Məşhur "Emili Parisdə" serialının aktyoru və ssenarist Ceremi Harris narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb. Axşam.az xəbər verir ki, hadisə Yaponiyada baş verib. "Daily Mail"in yaydığı məlumata görə, 36 yaşlı aktyor noyabrın 16-da Naha hava limanında olarkən gömrükdə onu

06.12.2025 198
.

Qorxduğu üçün plastik əməliyyatı narkozsuz etdirdi

Əməkdar artist Ruhəngiz Allahverdiyeva etdirdiyi plastik əməliyyatdan danışıb. Axşam.az xəbər verir ki, "Öz aramızda" proqramında qonaq olan müğənni qorxduğu üçün narkoz almadığını deyib:. "Yerli keyitmə ilə üzgərdirmə etdim. Bəlkə yatıb durmazdım. Gözlərimi yumdum, açıb baxmadım. Üz dərimi

09.12.2025 429
.

Fərda "Survivor"a gedəcəyi xəbərindən danışdı

Aktyor Fərda Xudaverdiyevin türkiyəli məşhur aparıcı Acun Ilıcalının "Survivor" layihəsinə qatılacağı ilə bağlı xəbər yayılıb. Fərda Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. "Yalan xəbərdir. Vallah təklif gəlsə də getmərəm. Çünki heç sevmədiyim yarış formatıdır" deyə, Fərd

06.12.2025 340
.

TOP MP3