Motivasiya məktubu necə yazılır?

Motivasiya məktubu necə yazılır?Bu yazıda motivasiya məktubunun necə yazılması haqqında əsas mərhələləri və diqqət edilməli məqamları vurğulayacağıq.

Bu mövzunu üç hissəyə bölmək olar:

1. Motivasiya məktubu nədir və nə üçündür?
2. Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?
3. Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?

Motivasiya məktubu nədir və nə üçündür?

Motivasiya məktubu xəyalların yazıdakı əksidir. Şəxsin inandırıcılıq qabiliyyətinin əyani sübutudur. Bir yerə müraciət edərkən onlarla, yüzlərlə, bəlkə də, minlərlə namizəd içindən "Niyə məhz səni seçməli olduqlarını" izah edən qısa hekayədir. Motivasiya məktubunda şəxs özü, arzuları, xəyalları, təhsili və gələcəkdə olmaq istədiyi yer və ya statusu haqqında məlumat verib, qarşısındakı şəxsin və ya şəxslərin məhz onu seçməsi üçün onlara bir hekayə danışır. Bu hekayənin inandırıcılığından və digər lazımi kriteriyaların mövcudluğundan asılı olaraq qəbul və ya razılıq alır.

Motivasiya məktubu hara təqdim etmək üçün yazılır?

Adətən xaricdə təhsil üçün motivasiya məktubu lazım olur. Lazımi sənədlərlə birlikdə ayrıca motivasiya məktubunun yazılması və göndərilməsi tələb olunur. Lakin motivasiya məktubu sadəcə bu məqsədlə istifadə olunmur. Həmçinin yerli və ya xarici seminarlar, təlimlər, staj təklif edən şirkətlər, bəzi layihə proqramları və s. motivasiya məktubu tələb edə bilir. Adətən onların tələbində motivasiya məktubu ya müraciət formasının daxilində qeydiyyatdan keçərkən, ya da ayrıca tələb oluna bilir.

Motivasiya məktubunu yazmağa necə başlamalı? Nələri vurğulamalı? Necə sonlandırmalı?

1. Qərar ver: orada iştirak etmək sənin (xəyalların, təhsilin, gələcəyin) üçün nə qədər əhəmiyyətli və ya lazımlıdır?

Zəruri olub-olmamasına, maraq dairəsini əhatə edib-etməməsinə baxmayaraq hər gördüyü təlimə, seminara, ixtisaslara müraciət edən insanlar görmüşəm. Sən onlardan olma. Həyatınla bağlı edəcəklərin aydın olsun. Bu həyatı necə yaşamaq istədiyini, nələr etmək istədiyini, özünəməxsusluğu harada ortaya çıxardacağını bil və maraq dairən çərçivəsində sənə həqiqətən əhəmiyyəti dəyə biləcək yerlərə müraciət et. Beləliklə, həm qızıldan dəyərli zamanının qədrini bilər, həm də müraciət edəcəyin yerdən gözləntilərini də ayırd etmə imkanına sahib ola bilərsən.

2. Kofe/Çay beyni

"Coffee Mind" deyə adlandırdığım bu mərhələni tələsməmək adına yaratmışam. "Tələsən təndirə düşər" atalar sözünün gücünə inanaraq müraciət etmək istədiyim yer üçün vaxt ayırıb, sakit beyinlə və bütün diqqətimi ona verərək müraciət formasını doldurmağa və motivasiya məktubumu yazmağa çalışıram. Bu mərhələnin gözardı edilməsi özünü motivasiya məktubunda da göstərir. Oxuyucu yazılan məktubun yola verildiyinin fərqində olur və bu da həmin şəxsin qəbul alma imkanını azaldır.

3. Giriş maksimum kreativ və ya səmimi olsun

Giriş hər şey olmasa da, çox şeydir. Yəni girişi nə qədər kreativ, özünəməxsus şəkildə yazsan və nə qədər səmimi olsan, o qədər uğurlu alınacaq. Girişdə diqqət etməli olduğun məqam "NİYƏ" sualına fokuslanmaqdır. Niyə müraciət etmək istədiyini uyğun ifadə tərzi ilə izah etməyin lazımdır.

4. Emosiyalara toxun

Bu mərhələdə hekayə danışacağını fərz et. Əslində qismən də doğrudur. Bu mərhələ öz hekayəni emosiyalara toxunacaq şəkildə və "NİYƏ MÜRACİƏT ETDİYİNİ" daha geniş şəkildə izah etmə mərhələsidir. Burda diqqət etməli olduğun məqam hekayəni maksimum inandırıcı və əlaqəli təsvir etməkdir. Niyə müraciət etdiyini, həmin proqramın sənin üçün əhəmiyyətini uşaqlığından gələn bir xəyalla, ailə ilə bağlı bir səbəblə və ya daha başqa şəkildə emosiyalara toxunacaq və inandırıcılıq qabiliyyətini itirməyəcək şəkildə əlaqələndirib, təsvir etməyin məsləhətdir.

5. Yaxın gələcək üçün həyatındakı rolu / təsiri

Burda iki suala cavab verəcəksən:

1) O proqramda/kursda/təlimdə iştirak etməyin və ya universitetdə o ixtisas üzrə oxumağın sənin yaxın gələcək üçün məqsədlərinə nə dərəcədə təsir edəcək? Yaxın gələcək üçün planlarına nə kimi bir positiv təsiri olacaq?

2) Niyə məhz ora vasitəsilə? Oranın – o təşkilatın, universitetin - sənə və həyatına qatacaqları nə olacaq? Oranı digərlərindən fərqləndirən nədir?

6. Sonluq mütləq yazılmalıdır

Sonluğu da ən az giriş qədər cəlbedici və kreativ yazmaq əhəmiyyətlidir. Bir cümlə ilə danışdıqlarının xülaləsini və ya istəyini vurğulaya bilərsən. Bu, artıq sənin seçimin olacaq.

7. Öz fərqini ortaya qoy: təşəkkür

Yüzlərlə motivasiya məktubu içərisində seçilmə və öz fərqini ortaya qoyma adına özünəməxsus bir tərz yarat. Məsələn, mən hər zaman məktublarımı təşəkkürlə sonlandırıram. Qarşımdakı şəxs məni qəbul etsə də, etməsə də, təşəkkürü özümə borc bilirəm. Bu mənim tərzimdir. Sən də öz tərzini yarada bilərsən.

Bu mövzu ilə bağlı qeyd etmək istədiklərim bunlardır. Diqqətin üçün təşəkkürlər, əziz oxucu.

Şahanə Dostəliyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2859   Tarix: 07 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

TOP MP3