Saxtalaşdırılan tariximiz: Xəritələrə nazirlik nəzarət etməlidir – VİDEO
Xəritələrdə bəzi yanlışlıqların olması kimi hallara tez-tez rast gəlirik.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
"Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru Nazim Süleymanov deyir ki, belə səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır. Digər tərəfdən yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir.
Nazim Süleymanov – "Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru: "Qeyri-profesionallardır. Yəni, adi kompüter proqramında işləyən insanlardır. İnternetdən götürür və yaxud da ki, kağız xəritəni əldə edir, bunu skan edir. Ancaq xəritəçilik tamam başqa şeydir. Yerdəki real vəziyəti kağız üzərinə əks etdirmək və bunu düzgün cəmiyətə çatdırmaq lazımdır".
Ekspertlərin sözlərinə görə, bu gün şagirdlərin istifadəsi üçün satılan əksər məktəb ləvazimatları, o cümlədən xəritələr, atlaslar, qlobuslar standartlara cavab vermir. Eyni zamanda müxtəlif nəşriyatların istehsalı olan bu ləvazimatlardakı səhv məlumatların şagirdlərə mənfi təsirləri ola bilər.
Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: "Bu xəritələrin bəziləri Azərbaycan xalqının ziyanına olan xəritələrdir. İndi bu tipli xəritələri təhlil süzgəcindən keçirmədən, onları koordinasiya etmədən, uşaqlar da, şagirdlər də bunun mahiyətinə varmadan o xəritəyə baxırlar, ordakı şəkilləri öyrənirlər, təhrifli məlumatları əldə etmiş olurlar".
Kamran Əsədov – Təhsil eksperti: "Təhsil Nazirliyi konkret olaraq tərəfindən yoxlama həyata keçirməlidir ki, hansı resurslar şagirdlər tərəfindən istifadə oluna bilər. Şagirdlər istənilən xəritəni gedib satış məntəqəsindən alıb gəlməməlidir. Bu konkret olaraq Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən təsdiq olunmuş bir ləvazimatlar olmalıdır".
Bəs orta məktəblərdə şagirdlərin istifadə etdiyi ləvazimatlar hansı standartlara cavab verməlidir? Ümumiyətlə buna nəzarət hansı formada həyata keçirilir? Üz tutduq məktəb ləvazimatlarının satış müəssisəsinə. Məlum oldu ki, burdakıları xəritənin içindəki məlumatların səhv və ya doğru olmasından çox başqa məqamlar düşündürür.
Satıcı: "Əsas xəritələrin keyfiyyətini yoxlayırıq, onun yazıları, rəngləri solğun olmasın, içindəki saplar təmiz olsun və s.".
Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: "Bu xəritələr 100 dəfə nəzərdən keçirilməlidir. 100 dəfə ölçülüb-biçilməlidir. Nəinki xəritələr, adi informasiyalar var ki, şagirdlərin dəftərinin üzərində dərc edilir. Bunlar mütləq öyrənilməlidir".
Nazim Süleymanov – "Geodeziya və Kartoqrafiya" MMC-nin direktoru: "Xəritələrdə təhriflər var. Tək xəritələrin sərhədlərində yox, rayonların yerləşməsində, adlarda, hidroqrafiyada təhriflər edilir. Tərtib edəndə diqqətli olmaları lazımdır ki, həmin o balaca bir səhv böyük bir problemlərə gətirib çıxarmasın".
Mütəxəssislər hesab edir ki, tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 885 Tarix: 16 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını
10:58 167 Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində siren səsləri eşidilir
Səudiyyə Ərəbistanının Mülki Müdafiə orqanı çərşənbə axşamı Yəmənlə sərhəd yaxınlığındakı Nəcranda hava hücumu sirenlərinin səsləndirildiyini bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə raket və dronlar atılıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal
16:17 167 Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
16:02 231 Bir Təsis Deyil, Bir Vizyon Təhvil Alınır: Hacımüftüoğlunun Atatürk Universiteti Addımı
Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu strateji dərman mərkəzini universitetin bünyəsinə qazandıraraq elmi istehsalla birləşdirən yeni bir dövrün qapısını aralayır. Bəzi inkişaflar var…. İlk baxışda bir qurum xəbəri kimi görünür. Bir müəssisə təhvil verilir. Bir protokol hazırlanır
16:44 139 Rusiya Ukraynanın sənaye obyektlərinə zərbələr endirib, dörd nəfər ölüb
Çərşənbə axşamı Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya gecə Ukraynanın sənaye mərkəzinə zərbə endirib, dörd nəfərin ölümünə səbəb olub, şimalda baş verən hücum isə minlərlə insanın elektrik enerjisi ilə təminatını kəsib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Moskva hava müharibəsini genişləndirərək
15:12 177 Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə
Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını
10:31 182 Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
18:45 1 Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?
"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc
13:25 166 ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir. Bəs dəyişikliklər məktəblərd
13:10 201