Evin tək oğlu əsgər getməlidirmi? - RƏSMİ AÇIQLAMA
"Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".
BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür", - o qeyd edib.
V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1896 Tarix: 23 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eldar İlhamə Quliyevanın mahnısını oxudu
Avroviziya təmsilçimiz Eldar Qasımov yeni layihəsini təqdim edib. OLAY yazır ki, o "Unuda bilməzsən" adlı mahnını yeni klipi ilə birgə yutub və digər musiqi platformalarında yayımlayıb. Sözləri Novruz Aslan, musiqisi Xanım İsmayılqızına aid olan mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında
12.12.2025 241 Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ölkədə ümumtəhsil məktəblərində peşəkar mühafizə xidməti mövcud deyil. Orta məktəblərdə mühafizəçilər çox vaxt orta yaşlı kişilər və qadınlar olur. Bəs orta məktəblərdə peşəkar mühafizə xidməti niyə təşkil olunmur?. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BİG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlə
12.12.2025 415 Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
12.12.2025 216 Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib
Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind
12.12.2025 279 Hande Erçelin yeni sevgilisi
Bir müddət əvvəl iş adamı Hakan Sabancı ilə uzun sürən münasibətlərini sonlandır aktrisa Hande Erçel yeni münasibətə başlayıb. Axşam.az xəbər verir ki, o, "OGM Pictures" şirketinin sahibi Onur Güvenatamla eşq yaşayır. Cütlük bu yaxınlarda birlikdə Londona səfər edib
10:37 77 Vəfa: Nə ölümə, nə dirimə gəl
"Verilişlərə çağırırlar, deyirəm, bu mövzu barədə danışmaq istəmirəm. Aparıcılar inciməsin, günah onlardadır. Hər dəfə eyni sualı verirlər". "Yeni Sabah" xəbər verir ki, bunu Vəfa Şərifova Şəbnəm Tovuzlunun ad günü dəvəti ilə bağlı deyib. "Bir neçə dəfə soruşublar ki, ad günün
12.12.2025 452 Bakıda doğulan Xalq artistindən 112 milyonluq DƏLƏDUZLUQ
Rusiyanın Xalq artisti Larisa Dolina 2025-ci ilin əsas antiqəhrəmanları siyahısında birinci yerdə qərarlaşıb. bu barədə yerli mediaya istinadla məlumat verir. Bildirilir ki, sorğuda iştirak edən istifadəçilərin 62 faizi müğənninin davranışını düzgün hesab etmir. Söhbət Dolinanın fırıldaqçıların tələb
12.12.2025 292 "Təkər aləmi" kimi tanınan bazar sökülür (VİDEO)
Bakıda daha bir bazar sökülür. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb. Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlinc
10:22 76 Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı
12.12.2025 199