"Məni hədələyib həbs etdirəcəklərini dedilər…" - Mehmandarovun nəticəsi
AXC hökumətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarovanın 135 min manatlıq avtomobili əlindən alınıb.
BiG.AZ xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən A.Mehmandarova bildirib ki, 2014-cü ilin sonunda 10 XX 444 nömrəli, "Mercedes GL 500" markalı avtomobilini girov qoyaraq "Bank BTB"-dən 50 min dollar kredit götürüb: "Bank məndən 10 min "şapka" aldı, özümə 40 min verdilər. 9 ay ərzində 17 min 800 dollar pulu qaydasında ödədim. Devalvasiyaya görə problemlər yarandı, ödənişlər gecikdi. Bankın şikayəti əsasında məhkəmə maşından istifadəyə qadağa qoydu. Amma onun müsadirəsi və ya hərraca çıxarılıb satılması, kimlərə təhvil verilməsi barədə bir qərar verilmədi. Bir müddət sonra mən bankın baş ofisinə gedib maşının üzərindən həbsin götürülməsini istədim və sataraq borcumu ödəyəcəyimi bildirdim. Orada məni Samir Qəhrəmanov qəbul etdi və məni Problemli Kreditlər Departamentinin rəhbəri kimi təqdim etdiyi Cavid Zeynalovun yanına apardı. O da niyə pulu ödəmirsən deyib üstümə qışqırdı. Mən onlara izah etdim ki, hər iki uşağım xəstə olduğu üçün onları da müalicə etməliyəm, ona görə maşını satmalıyam. Onlar mənə dedilər ki, maşını satma, ucuza gedəcək. Təklif etdilər ki, avtomobili "V.İ.P Lizinq" şirkətinə verim, lizinqə salsınlar, mən də onlara pul ödəyim. Maşını onların salonuna təhvil verdim, iki gün sonra sənədləşmə üçün məndən 7800 manat istədilər, vermədim. Dedim o qədər pulum olsa banka ödəyərəm. Məni hədələyib həbs etdirəcəklərini dedilər. Samir və Cavid maşını da mənə qaytarmadılar. Dörd ay sonra banka müraciət etdim, onlar maşının bankda olmadığını dedilər və Samirlə Cavidin banka aidiyyatı olmadığını, sadəcə lizinq şirkətində işlədiklərini dedilər.
Mən "102" xidmətinə zəng edib şikayət etdim, işi 37-ci bölməyə verdilər. Samir və Cavid gəlib bölmədə məni təhqir etdilər. Təhqiqatçı Vilazim Musayev təklif etdi ki, maşını yoxlanış olmadan qəbul edim. Mən etiraz etdim və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmasını istədim. Dedim neçə aydı maşın onlardadı, bəlkə cinayət törədiblər, bəlkə içinə narkotik qoyublar ya da hansısa hissəsini dəyişiblər. Vilazim Musayev dedi bunu etsən onlar başqa cür davranacaq. Mən razılaşmadım, ondan sonra hara şikayət etdimsə, onlar rüşvət verib işi bağladılar, cinayət işinə də xitam verildi. Bir neçə ay sonra maşınım "AMAY" Ticarət Mərkəzinin dayanacağında tapıldı, mən ora gedib baxdım. Avtomobilin qapıları açıq, hər tərəfi də əzilmiş, nasaz vəziyyətdədir. Məhkəmə eksperti maşını 135 min manat qiymətləndirib. Maşın mənim adımadır, mənim mülkiyyətimdir, amma özümə verilmir. Bank da məndən pulu tələb edir".
Samir Qəhrəmanov isə "Qafqazinfo"ya açıqlamasında Mehmandarovanın dediklərini yalan adlandırıb: "Onun dedikləri düz olsaydı, indi bizlə bağlı istintaq gedərdi. Hansı zəmanədə yaşayırıq ki, kiminsə əlindən maşını alasan qaytarmayasan. Onun maşını bizdə deyil, bankın girovluğundadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2492 Tarix: 07 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304