"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ
Xəbər verdiyimiz kimi Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rauf Oruclu köynəyinin üzərindən gödəkçə geymədiyi üçün direktor tərəfindən döyülüb.
Bununla bağlı BiG.AZ saytı 22 nömrəli orta məktəbin direktoru Azər Ələkbərovla əlaqə saxlayıb.
Azər Ələkbərov bu barədə danışmaq istəmədiyini söyləyib.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, 2011-ci ildə qəbul olunmuş orta məktəblərin nizamnaməsinə görə hər bir məktəbin forma təyin etmək hüququ var: "Tabeliyində olan şagirdlərə həmin formanı geyinməyi tövsiyə edilir. Heç bir qanunvericilikdə göstərilməyib ki, şagirdin məktəbli formasında gəlməyi məcburi və zərurudir. Sadəcə qanunvericilikdə tövsiyə edilir. Şagirdə qarşı hər hansı bir zorakılığın törədilməsi yolverilmızdir. Direktorun şagirdi döymək hüququ yoxdur. Bu 22 saylı orta məktəb üçün birinci hal deyil. Bununla bağlı mənə dəfələrlə müaciət daxil olur. Məktəbin idarə edilməsi lazım olan qanunvericilik çərçivəsindən çıxıb".
Kamran Əsədov vurğulayıb ki, statistika göstərir ki, neqativ hallar son vaxtlar təyin olunmuş direktorların məktəbində baş verir: "Çünki onların idarəçilik təcrübəsi yoxdur. 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydalarına görə nə müəllimin, nə də məktəb rəhbərliyinin hüququ yoxdur ki, şagirdə qarşı fiziki zorakılıq tətbiq etsin və yaxud da onun şəxsiyyətini alçaltsın. Buna yol verən şəxs birbaşa Əmək Məcəlləsinin 72-74-cü maddəsi ilə işinə xitam verilməli, heç bir halda məktəbdə işləməməlidir. Şagirdə qarşı zorakılıq edən direktor əqidəsiz, şərəfsiz və mənəviyyatsızdır. Çünki Azərbaycanın gələcəyi olan şəxsə fiziki zorakılıq tədbiq edib. Qanunvericilikdə kifayyət qədər cəza tədbirləri var. Heç bir halda direktorun fiziki zorakılıq və şəxsiyyəti alcaldacaq addımlar atmağa ixtitiyarı yoxdur . Bundan əlavə direktorun ixtiyarı yoxdur ki, məktəblinin formasını yoxlasın. Bununla bağlı müavini və təlim-tərbiyyə ilə məşğul olan şəxslər var. Bəlkə şagirdin jileti çirklidir və yaxud da o geyim ona sıxıntı verir. Bu bir daha sübut edir ki, məktəblərin idarə olunması ilə bağlı ciddi problemlər var. Bu artıq 22 saylı orta məktəbdə baş verən ikinci hadisədir. Buna da səbəb o şəxsin heç vaxt təhsil sahəsində işləməməyidir. Qanunvericilikdə göstərilir ki, direktor olacaq şəxs ən azı 5 il məktəbdə işləməlidir. İşləmədiyi halda müsabiqə ilə direktor seçilib. O. dirktorun vəzifədə qalması Azərbaycan gələcəyi üçün təhlükəlidir. Bu gün direktorlar guya işlədiklərini sübuta yetirmək üçün şagirdlərin və müəllimlərin razılığı olmadan sosial şəbəkələrdə şəkillərini paylaşırlar. Əslində kiminsə şəkillərini icazəsi olamadan paylaşmağın özü bir qanun pozuntusudur. Hesab edirəm ki, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsi bununla bağlı məsuliyyət daşıyır. Həmin direktoru şiddətli töhmətlə işdən azad olunmasa bununla bağlı məsuliyyətli qurum həmin idarədir. Onlar həmin şəxsi təhsil müəssisəsindən uzaqlaşdırmalıdr".
Qeyd edək ki, şagirdin məktəb direktoru tərəfindən döyülməsi xəbərini Teleqraf.com saytı yayıb.
Aysel Yusifqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3192 Tarix: 28 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eldar İlhamə Quliyevanın mahnısını oxudu
Avroviziya təmsilçimiz Eldar Qasımov yeni layihəsini təqdim edib. OLAY yazır ki, o "Unuda bilməzsən" adlı mahnını yeni klipi ilə birgə yutub və digər musiqi platformalarında yayımlayıb. Sözləri Novruz Aslan, musiqisi Xanım İsmayılqızına aid olan mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında
12.12.2025 241 Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ölkədə ümumtəhsil məktəblərində peşəkar mühafizə xidməti mövcud deyil. Orta məktəblərdə mühafizəçilər çox vaxt orta yaşlı kişilər və qadınlar olur. Bəs orta məktəblərdə peşəkar mühafizə xidməti niyə təşkil olunmur?. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BİG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlə
12.12.2025 415 Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
12.12.2025 216 Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib
Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind
12.12.2025 279 Hande Erçelin yeni sevgilisi
Bir müddət əvvəl iş adamı Hakan Sabancı ilə uzun sürən münasibətlərini sonlandır aktrisa Hande Erçel yeni münasibətə başlayıb. Axşam.az xəbər verir ki, o, "OGM Pictures" şirketinin sahibi Onur Güvenatamla eşq yaşayır. Cütlük bu yaxınlarda birlikdə Londona səfər edib
10:37 77 Vəfa: Nə ölümə, nə dirimə gəl
"Verilişlərə çağırırlar, deyirəm, bu mövzu barədə danışmaq istəmirəm. Aparıcılar inciməsin, günah onlardadır. Hər dəfə eyni sualı verirlər". "Yeni Sabah" xəbər verir ki, bunu Vəfa Şərifova Şəbnəm Tovuzlunun ad günü dəvəti ilə bağlı deyib. "Bir neçə dəfə soruşublar ki, ad günün
12.12.2025 452 Bakıda doğulan Xalq artistindən 112 milyonluq DƏLƏDUZLUQ
Rusiyanın Xalq artisti Larisa Dolina 2025-ci ilin əsas antiqəhrəmanları siyahısında birinci yerdə qərarlaşıb. bu barədə yerli mediaya istinadla məlumat verir. Bildirilir ki, sorğuda iştirak edən istifadəçilərin 62 faizi müğənninin davranışını düzgün hesab etmir. Söhbət Dolinanın fırıldaqçıların tələb
12.12.2025 292 "Təkər aləmi" kimi tanınan bazar sökülür (VİDEO)
Bakıda daha bir bazar sökülür. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb. Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlinc
10:22 76 Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı
12.12.2025 199