Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJYeni ilə iki gün qalıb. Bayramqabağı yolumuzu Nəsimi rayonundakı "Təzə bazar"dan saldıq. Yeni ilqabağı paytaxtda yerləşən böyük marketlərdə sıxlıq yaşansa da, bazarda durum xeyli fərqli idi. Elə hey gözümüz alıcı axtarsa da, satıcıdan başqa kimsə görmədik... Bazar alıcısızdırsa, deməli, bu satıcı üçün heç də xoş hal deyil. Elə buna görədir ki, hərə öz piştaxtasının arxasına keçib boynubükük əyləşmişdi. Bəziləri də bekarçılığı domino oynamaqla doldururdu. Kimisi də piştaxtatan kənara keçib bazara gələcək tək-tük alıcının ovuna çıxmışdı. Bir sözlə, bu bazar bir neçə əvvəlki bazara bənzəmirdi...

Bazara daxil olan kimi quru meyvə və çərəz satılan piştaxtaya yaxınlaşdıq. Öncə salamlaşıb, bayramlaşdıq. Sonra da malların qiyməti ilə maraqlandıq, alıcıların az-çoxluğunu soruşduq. Ürəyi dolu olan satıcı Rüstəm İmanov "Heç alıcı var ki?! İndi hamı bayram bazarlığını super marketlərdən edir. Orada da qiymət fərqi çox baha olur" - deyir. Sonra qurudulmuş yapon xurmasını göstərib, söhbətinə davam edir: "Xurmanın kilosu bizdə 7-8 manat arasındadır. Amma böyük marketlərdə bunu 35 manatdan aşağı ala bilməzsiniz. Astara düyüsü gətirmişəm - bir kisə. Bir il ərzində ondan 4-5 kilo ancaq ala bilmişəm. İnsanlar gedib marketlərdə kilosu 3 manata olan süni düyü alırlar. Halbuki, Astara düyüsü təmizdir, kilosunu isə 4-5 manata satıram".

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJYolumuza davam edirik. Yeni ilin yaxınlaşması ilə bağlı bazarda satılan məhsulların qiymətində bahalıq müşahidə olunmur. Əksinə, satıcılar, malların qiymətində alıcılara güzəşt də edirlər. Amma bazarda bir alıcı gözə dəymir. Yəni sosial və iqtisadi durumu ehtiva edən "bu bazar əvvəlki bazara bənzəmir" fikrini bir az da obrazlı ifadə etsək, deyəsən, "bu həna o hənadan deyil..."

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJÜmidini bayrama bağlayanlar...

Satıcılar deyir ki, bayrama 2 gün qalsa da, alıcı yoxdur: "Demək olar, neçə həftədir, bazarda belə "sakitçilikdir". Ümidimizi bayrama bağlamışdıq. Belə getsə, heç bayramda da nəsə qazana bilməyəcəyik. Yəqin camaatda pul yoxdur deyə bazara üz tutmur. Elə evlərinə yaxın marketlərdən, kiçik dükanlardan 1-2 kilo nə lazımdırsa, alırlar. Daha bazara gəlməyə ehtiyac qalmır", - Səmayə xala söyləyir.

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ"Camaatda pul nə gəzir..."

Yandakı piştaxtada duran və soyuqdan uşüyən başqa bir satıcı da söhbətimizə müdaxilə edir: "Ay qızım, camaatda pul nə gəzir ki, Yeni il də keçirsin? Hər kəs başını birtəhər saxlamaqla məşğuldur. Biz də Allahın ümidinə qalmışıq. Bir yandan da icarə pulu belimizi qırıb. Satdığım bir şey deyil, amma 150 manat "arenda" pulu verirəm, 15 manat da gözətçinin haqqı. Bəs yaxşı, mənim qazancım nə olsun?" Bazarda kiçik piştaxtada alma satan Əhliman dayı deyir ki, bunlar bağının məhsullarıdır: "Gündəlik nə qazansam, min bərəkət. Narın kilosunu 1 manata, 1 manat 50 qəpiyə satıram. Birtəhər çörək pulumuzu çıxarırıq".

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ"Alıcı görəndə sevinirik"

Başqa bir satıcı Nüşabə xanım bildirir ki, qiymətlərdə artım yoxdur: "Əvvəllər Yeni ilqabağı bazar canlanardı, alıcı qıtlığı yaşamazdıq. İndi isə alıcı görəndə sevinirik. Müştəri olmadığından qiymətləri də qaldırmamışıq, əksinə, endirimlər edirik. 6-7 il əvvəl bu bazarda Yeni ilə bir gün qalmış iynə atsan, yerə düşməzdi. Amma özünüz də görürsünüz ki, bir ins-cins yoxdur".

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ"Balığın qiymətini qaldıracağıq"

Asim adlı balıq satıcısı deyir ki, qiymət artımı yoxdur: "Amma bayram günlərində hava küləkli olsa, balığın qiymətində artım edəcəyik. Amma indi heç alıcı yoxdur, qiyməti necə qaldıraq? Adətən, alıcı bol oluğu üçün balığı adi günlərdən baha qiymətə satardıq. Amma indi deyəsən, heç balıq yeyən də yoxdur..."

Bəli, doğrudan da bazarda olan zaman sözün əsl mənasında danışdırmağa alıcı tapmaqdıq. Tək-tük gözə dəyənlərdən bir-ikisinə yaxınlaşsaq da, danışmaq istəmədilər. Biri hətta başını bulayıb: "Guya vəziyyəti bilmirsiniz?" - dedi...

Əslində, danışsalar da nə deyəcəklərini təxmin edirik. Heç şübhə yoxdur ki, "bahalıqdır", "pulumuz yoxdur", "ala bilmirik" deyəcəklər. Çünki son zamanlar sadə azərbaycanlının dilindən ancaq bu kəlmələr çıxır. Nə deyək, Allah bazar versin... Qarşıdan gələn Yeni iliniz də mübarək!

Boş bayram bazarı: Satıcılar alıcı yolu gözləyir - REPORTAJ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1180   Tarix: 29 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa Putinlə danışıqlara onları göndərmək istəyir

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" nəşri üç diplomat mənbəyə istinadən məluma

18.05.2026 216
.

Qızı Əməkdar artisti sevindirdi

Əməkdar artist Elnur Kərimov sevincini izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında qızı Aylinlə bağlı paylaşım edib. O bildirib ki, 9-cu sinifdə təhsil alan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq arzuladığı məktəbə qəbul olub. Elnur Kərimov paylaşımınd

14:58 156
.

Kiçik və Orta Sahibkarlığın İnkişafı üçün Hansı Addımlar Atılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Kiçik və orta sahibkarlıq dünyanın bir çox ölkəsində iqtisadiyyatın əsas dayaqlarından biri hesab olunur. Yeni iş yerlərinin açılması, yerli istehsalın inkişafı və iqtisadi aktivliyin artması baxımından bu sahənin rolu olduqca böyükdür. Azərbaycanda da son illər sahibkarlığın inkişafı istiqamətində müxtəli

11:02 185
.

Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən

Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə

18.05.2026 487
.

Kommunal Ödənişlərlə Bağlı Narazılıq: Kartlardan Niyə Artıq Pul Silinir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son vaxtlar ölkədə kommunal ödənişlərlə bağlı vətəndaş narazılığı diqqət çəkməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda vətəndaşlar qaz, işıq və su xidmətlərinə görə ödədikləri məbləğdən daha artıq vəsaitin bank kartlarından silindiyini iddia edirlər. Xüsusilə onlayn ödənişlər zamanı yarana

11:45 241
.

ABŞ İranla müharibəyə 85 milyard dollar xərclədi

ABŞ hökuməti İranla 79 gün davam edən müharibə zamanı 85 milyard dollardan çox vəsait xərcləyib. xarici mediaya istinadən xəbər verir ki, bu məbləğə regiona göndərilən gəmilərdə xidmət edən şəxsi heyətin saxlanılması və digər çoxsaylı hərbi xərclər daxildir. Bildirilir ki, açıqlanan rəqəm Pentaqonu

10:29 144
.

8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Fotolar

Ağcabədi sakini Rusiyada faciəvi şəkildə həlak olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qaraxanlı kəndindən olan, 2018-ci il təvəllüdlü Quliyeva Sevinc Məhəmməd qızı Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində həyatını itirib. S. Quliyevanı

18.05.2026 488
.

"Space FM"ə yeni direktor təyin olundu

"Space FM"ə yeni direktor təyin edilib. Axşam.az xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev ("DJ Çina") gətirilib. O, təyinatı barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, bir neçə gün əvvəl "Space FM"in direktoru Sərxan Qədimo

10:30 214
.

Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı

Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb. Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle"nin məlumatına görə, mədən şirkəti "Endomines" qış mövsümünd

18.05.2026 284
.

TOP MP3