Elza Seyidcahandan YENİ ŞEİR: Siz də tikin, tikin məni - TAM ŞEİR
Son günlərin qalmaqallı mövzusuna çevrilən müğənni Elza Seyidcahan yeni şeiri ilə yenidən gündəmi zəbt edib.
BiG.AZ xəbər verir ki, əməkdar artist Elza Seyidcahan yeni şeirini Kulis.az-a göndərib.
Sənətçinin sözügedən yeni şeirini təqdim edirik.
Tikin məni divarlara
Hörük olum.
Dəlik olum qaranlıqdan
Baxanlara
işıq olum
Uçanlara səmalarda
Qanad olum
Selik olum ağızlardan
Axanlara
Tikim, tikim məbəd olum
Nizələrə taxın məni
Tökün məni kuzələrə
Badələrə süzün məni
Zirvələrdə, yüksəklərə
çapın məni
Məşəllərə sancın məni
Tikim sizi qübbələrdə,
naxışlarda.
Sərin məni,
Sərin sular ürəklərə yayılsın.
Vurun məni
Könüllərin zirvəsində
Taxın məni.
Dülgərlərin ən şərəfli
Sənətində döyün məni.
Görün məni
Yuxularınız çin olanda
Sevin məni.
Öyün məni dostlarınızla
masalarda,
Tapın məni axtaranda,
Səpin məni gözlərinizə
Təpin məni.
Çəkin məni, nazımı çəkin
Qurtaran deyil
Tərəzidə yükümə baxın
Seçin məni
Dönən deyil.
Vurun məni mismarlara.
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Dartım, sıxım sapınızı
Barama kimi.
Geyim cırım corabımı
Çatana kimi.
cırın-cırın
Siz də, geyin, cırın, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı
Boğana kimi, yatana kimi.
Çıxan sözün mənasını
Bilim sizin ağzınızdan
Sizə ziyan,
Bizə tiyan,
Ona tikan
Mənə böhtan
Atanların halına baxın
Həkk, həkk, həkk edin.
Soyun məni, soyunum töküm
Kirimi, kirimi belli olum
Kinimi, kinimi
Bələyini büküm, beşiyə atım
Dərəyə çatım, qəbirə baxım
Qorxum qaçım, dağlara çapım.
Göydən yerə daş yağdı
Tikim sizi.
Torpaqdan göyə qar yağdı
Oynadım sizi.
Qaya üstündə qurd yatdı
Didim sizi
Çəmən üstə şeh azdı
Yolu azdı
Tarixlərə göl yazdı
Siz də tikin
Tikin məni
Yaman sözlər,
Yanan sözlər,
Məsh sözlər,
Məst sözlər,
İlahilər oxuyum
Həkk, həkk, kəkk edin
Aşiqləri.
Tərk, tərk, tərk edin
Cahilləri.
08.09.2017
Elza Seyidcahan
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305