Ölümə aparan milli yeməklərimiz: xəngəl, xaş, piti…

Ölümə aparan milli yeməklərimiz: xəngəl, xaş, piti…Dəyişən ekoloji mühit, oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması, eləcə də bir çox ərzaq məhsullarının keyfiyyətinin sual altında olması milli mətbəximizin bəzəyi olan bir çox yeməkləri insan səhhəti üçün zərərli hala salıb.

Hətta bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də olur. Bəzi insanlar bu faktlardan çıxış edərək, milli yeməklərimizin insan orqanizmi üçün zərərli olduğunu desələr də, ekspertlər bunun əksini deyir. Həkim-dietoloqlar bunun səbəbini yeməklərdə deyil, insanların passiv həyat tərzində görürlər.

Bəs görəsən hansı yeməklər səhhətimizə mənfi təsir edə bilər? Yüksək dərəcədə yağlı olan xaş, piti, xəmir xörəkləri olan xəngəl, düşbərə və sair dadlı-ləzzətli olsalar da, bəzən insana pis təsir edə bilər. Ekspertlər isə bildirirlər ki, bunun səbəbi yeməkdə yox, insandadır.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, tibb elmləri doktoru Adil Qeybullanın dediyinə görə, əgər yeməyin hər hansı toksiki təsiri yoxdursa, o yemək zərərli ola bilməz: "Sadəcə olaraq, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi tez-tez dəyişən adamlarda, şəkərli diabeti olan şəxslərdə həddindən artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara bilər. Əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır. Ümumiyyətlə, insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Bütün bunlar o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə olmur. Bu da həmin maddələrin orqanizmdə toplanmasına gətirib çıxarır".

Ekspertin sözlərinə görə, oturaq iş rejmində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və kalorili milli yeməklərin qəbulu ziyanlıdır: "Əgər insanlar gün ərzində oturaq vəziyyətdə olurlarsa, axşamlar gəzməyə çıxmalıdırlar. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır. Yəni, bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar, həzm sistemi normal işləmir, qan dövranı normal tənzimlənmir, venoz qan dövranı sistemi normal işləmir. Bu səbəbdən də bədənə daxil olan kalori sərf olunmur. Bu da çəki artımına gətirib çıxarır və bütün xəstəliklərin əsasında dayanır".

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da vurğuladı ki, milli mətbəximizin heç bir yeməyi ziyanlı deyil: "Belə bir deyim var ki, "Artıq içiləndə dərd verir, su da..." Yəni ən ziyansız bir qida olan suyu da çox içəndə ziyan verə bilər. Yeməyi norma daxilində yeyəndə o xeyirli olur. Təbii ki, insan xəstədirsə, ona müəyyən yeməkləri olmaz. Hər xəstənin öz yeməyi var. Normal qidalanma normal adam üçündür. Milli yeməklərimiz çox sağlamdır. Tərkibindəki bütün elementlər bir-birinə uyğun gəlir. Əgər yeməyi yaxşı bişirmirlərsə, çiy şəkildə yeyirlərsə, təkibinə düzgün ədviyyatlar vurmurlarsa, israfçılıq edirlərsə, o zaman ziyan edə bilər.

Əgər insan bir qoyunu bütöv yeyirsə, o təbii ki, ziyanlı olacaq. Koroğlu deyil ki... Və ya bir sini paxlavanı birdəfəyə yeyən adamın təzyiqi, şəkəri əlbəttə ki, qalxacaq. Ancaq milli yeməklərimizin zərərli olması, tərkibinin yaxşı olmaması haqqında fikirlər doğru deyil. Bunu adını mütəxəssis qoyan yalançı dietoloqlar ortaya atırlar".

Baş kulinar yeməklərin insan səhhətində yaratdığı problemlərin səbəbini passiv həyat tərzində və qida normalarına əməl edilməməsində gördüyünü bildirdi: "Deyirlər ki, səhər tezdən xaş yemək ziyandır. Əvvəllər xaş yeyən insanlar gedib yer şumlayıb, əkin əkirdilər, fiziki işlə məşğul olurdular. Əgər insan idmançıdırsa, fəhlədirsə, futbolçudursa səhər tezdən ürəyi istədiyi qədər xaş yeyə bilər. Ancaq əgər xaşı yeyib gedib kabinetdə oturacaqsınızsa, təbii ki, ağırlaşacaqsınız, vəziyyətiniz pis olacaq. Bu, normal bir haldır. Hansı işdə çalışırsınızsa, gün ərzində nə qədər enerji sərf edirsinizsə o qədər yemək yeyin. Burada yeməyin nə günahı var? Əgər sən gündə bir qoyunun ətini yeyirsənsə, günah qoyundadırmı? Çox zaman Azərbaycan kişiləri milli yeməkləri spirtli içki ilə birlikdə qəbul edirlər. Bu zaman içki doymaq hissini öldürür və insan daha çox yeyir. Əgər yeməkdə bir litr araq içən adam ölürsə, bunun günahı həmin yeməkdə deyil, içkidədir. Bizim yeməklərimiz kalorilidir. Ancaq kalori bütün yeməklərdə var. Bir kiloqram qoyun ətində olan kalori 1 kiloqram şəkərdə olduğundan daha azdır".

Tahir Əmiraslanovun sözlərinə görə, milli mətbəximizə məxsus yeməklərin tərkibindəki bütün elementlər bir-birini tamamlayır və qidanın orqanizmdən daha tez sorulmasını təmin edir: "Məsələn, düyü ifrat dərəcədə təmizlənir və demək olar ki, plovun tərkibində heç bir vitamin qalmır. Onun faydalı olması üçün tərkibində betta-karotin maddə olan meyvələr, məsələn yerkökü əlavə edirik. Ancaq əgər yeməkdə yağ yoxdursa, həmin karotin maddəsi bədənə sorulmur, çünki yağda həll olan vitamindir. Ona görə də, mütləq plovun üstünə kərə yağı gəzdiririk. Məsələn, plovun dibinə qazmaq edirik, ona da yumurta vururuq. Yumurtanın tərkibində xolin maddəsi var. Beyin bu maddədən ibarətdir. Əgər marqanis maddəsi yoxdursa, xolin həll olunmur. Marqanis da düyünün tərkibində var. Deməli, plovdakı bütün detallar bir-birini tamamlayır.

Dədə-babalarımız bu yeməklərlə qidalanıblar və uzun illər yaşayıblar. Sadəcə, o yalançı dietoloqlar milli yeməklərimizi gözdən salırlar. Məsələn, qoyun əti çox gözəl, dadlı, faydalı ətdir, ancaq qara ciyəri xəstə olan adam üçün yox... Xəstənin, xəstə yeməyi var. Məsələn, şəkərli diabet xəstələrinə qoyun əti, quyruq yemək olmaz. Əgər ona pis təsir edirsə, bu, o demək deyil ki, qoyun quyruğu pis qidadır.

Heyvan kəsiləndə onun quyruğunun bir tikəsini isti-isti udmaq xeyirdir. Ancaq artıq soyusa, bunu çiy yemək ziyandır. Heyvanın qara ciyərinin bir tikəsini heyvan kəsilən kimi isti-isti udmaq xeyirdir. Ancaq soyuduqdan sonra çiy yemək ziyandır. Sadəcə, bunları bilmək və doğru şəkildə etmək lazımdır. İnsanlara yanlış məlumat verməklə onların düşüncəsini korlayırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6633   Tarix: 13 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038