Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.
Lent.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85 nəfər məsuliyyətə cəlb edilib.
Narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən, xüsusi qulluqla çətənə kolları yetişdirən 9 nəfər saxlanılıb.
Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanmasına, daşınmasına görə isə 34 nəfər məsuliyyətə cəlb edilib.
Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarət obyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.
Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən, avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə saxlanılıb.
11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlı cinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallar müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir.
Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağı aşkarlanaraq götürülüb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb.
"102" Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 945 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə
10:30 155 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
20:45 0 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138