Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə nə dərəcədə hazırdır, qar və buzlanma hallarında nəqliyyatın hərəkəti təmin edilə biləcəkmi, eləcə də su, qaz və istilik təchizatında fasilələr?

Lent.az paytaxtın qışa necə hazırlanması ilə bağlı müvafiq qurumlara sorğular ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib:

"Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilməsi olub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.

Qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Artıq hər il olduğu kimi hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcəkdir.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcək",-deyə bildirildi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, Bakıda maşın-mexanizm və texnikalar qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilmiş, yanacaq-sürtgü materialları ehtiyatı yaradılmış, sürüşməyə qarşı zəncirlər alınıb:

"Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də maşın-mexanizm və texnikalat hazır vəziyyətə gətirilib. Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb. Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb",-deyə qeyd olundu.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir:

"Kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Buna səbəb xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir".

Qurum onu da qeyd etdi ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməlidir.

"Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".

"Azəristiliktəchizat"dan cavab veriləcəyi bildirildi, "Azərqaz"dan isə ümumiyyətlə cavab gəlmədi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 16 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir

Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə

10:30 155
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

19:20 0
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

16:10 0
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

20:45 0
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.