Bu gün Qaradağlı faciəsindən 19 il ötür

Bu gün Qaradağlı faciəsindən 19 il ötür1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübaizəyə qalxdı, 800-ə yaxın sakindən 77 nəfəri ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, 104 sakindən 54-ü, 14 əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.
19 ildir ki, qaradağlılar Qaradağlısız yaşamağa məcburdur. Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan kənd sakinləri doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5096   Tarix: 17 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev

16:14 198
.

Almaniya Ukraynaya daha çox pul və avadanlıq ayrılmasını tələb etdi

Almaniya Ukraynaya dəstəyini artırmalı, onun döyüş təcrübəsindən dərs çıxarmalı və Rusiya səbəbindən Bundesverin yenidən silahlanması prosesini sürətləndirməlidir. xəbər verir ki, bu barədə Bundestaqın XDİ üzvü Bastian Ernst bildirib. Onun sözlərinə görə, Rusiya problemdir və bu, hər gün təsdiqlənir

21:15 74
.

"Azərlotereya" ilə möhtəşəm əyləncə geri qayıdır!

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu yay yenidən rəngarəng və həyəcan dolu layihəsi ilə görüşünüzə gəlir. "Şans Karvanı 2" musiqi, əyləncə və hədiyyələrlə zəngin interaktiv yay kampaniyası olaraq bu il Bakıdan start götürür və ölkəni

16:25 189
.

Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi

Azərbaycanda vəkilin ailəsində bədbəxt hadisə baş verib. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Cavid Ağazad

17:54 270
.

İtaliyada bunları etmək olmaz - turistlər üçün vacib qaydalar

Bu yaxınlarda beynəlxalq mediada maraqlı bir hadisə geniş müzakirə olunub. Bir qadın restoranda yeməklə birlikdə ona pulsuz kran suyu verilmədiyi üçün İtaliyadakı bir oteli məhkəməyə verib. Lakin məhkəmə otelin xeyrinə qərar çıxarıb. xarici KİV-ə istinadən xəbər verir ki, qərarın ədalətli olub-olmamas

20:00 132
.

Bu ərazidə qaz OLMAYACAQ

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin

17:48 192
.

Bakıda FACİƏ: 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb ÖLDÜ

Bakıda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə Xətai rayonu, İ.İsmayılov küçəsi 52-də qeydə alınıb. Bakı şəhər sakini, 19 yaşlı Cavid Qabil oğlu Ağazadə həmin ünvanda yerləşən 9 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır

18:15 233
.

İxracın qarşısındakı maneələr: logistika və nəqliyyat xərcləri

"Azərbaycan iqtisadiyyatının daha sürətli inkişaf edə bilməməsinin əsas səbəblərindən biri ölkənin dünya okeanlarına birbaşa çıxışının olmamasıdır. Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri də məhz budur. Dünya təcrübəsi göstərir ki, iqtisadi baxımdan uğur qazanan ölkələrin əksəriyyət

14:36 171
.

Kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri

"Son illərdə kirayə mənzil bazarında, xüsusilə keyfiyyətli və tam təmirli mənzillərə tələbat təklifdən daha sürətlə artıb. Nəticədə kirayə qiymətlərində yüksəliş müşahidə olunur". Bunu BİG.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, xüsusilə metr

15:17 207
.

TOP MP3