Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?

Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?Son illərdə müşahidə olunan ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişməyə başlayıb. Bir qisim səyahətçilər yay mövsümündə səyahətdən imtina edir, digərləri isə daha sərin istiqamətlərə üz tutur. Lakin Aralıq dənizi ölkələrində yay tətilindən vaz keçmək istəməyənlər də var və onlar problemi fərqli şəkildə həll edirlər.

Qaynarinfo "BBC Travel"ə istinadən xəbər verir ki, Avropada temperatur artdıqca turistlər günün ən isti saatlarını qapalı keçirir və səyahətin ən maraqlı anlarının gün batımından sonra başladığını kəşf edirlər.

Səyahətçi Deyn Maksvell İspaniyanın Sevilya şəhərinə səfərinin güclü istilər səbəbilə çətinliklə başladığını, lakin sonradan rejimi dəyişməyin hər şeyi xilas etdiyini deyir: "Biz yerli ritmə uyğunlaşdıq".

Bu, gec yatmaq, günorta saatlarına qədər yuxuda qalmaq, isti pik saatlarda qapalı məkanda olmaq və yalnız axşam 20:00-dan sonra şəhərə çıxmaq demək idi. Maksvellin sözlərinə görə, gecə saatlarında şəhər tamamilə fərqli görünürdü: küçələr canlı idi, lakin sakit idi, kafelər və tapas barlar isə ən aktiv dövrünü yaşayırdı.

O, artıq dostları ilə birlikdə "gecə turizmi"ni üstün tutduqlarını bildirir. Onun fikrincə, gündüz saatlarında səyahət həm narahat, həm də sağlamlıq üçün risklidir.

"InteleTravel" (Böyük Britaniya və İrlandiya) turizm şirkətinin icraçı direktoru Trişa Hendli-Hyuz da bu tendensiyanı təsdiqləyir: "Biz gecə turizminə doğru real dəyişiklik görürük. Səyahətçilər günorta istisindən qaçır və izdihamı azaltmaq üçün gec saatlarda şəhərləri kəşf edirlər. Ənənəvi 10:00-16:00 tur saatları yerini ulduzları izləməyə, gecə bazarlarına və ay işığında ekskursiyalara verir".

Avropanın bir çox şəhərlərində artıq turistlərin yeni davranışlarına uyğunlaşma müşahidə olunur. Məsələn, Sevilyada yay temperaturu 36°C-yə çatır və şəhər həm yerli əhali, həm də turistlər üçün şəraiti yaxşılaşdırmağa çalışır.

Şəhərin tarixi mərkəzində kölgəlik örtüklər quraşdırılıb, 2039-cu ilə qədər isə təxminən 100 min ağac əkilməsi planlaşdırılır. Bundan başqa, 2022-ci ildə "CartujaQanat" layihəsi çərçivəsində yeraltı kanallar, kölgəli ictimai sahələr və su buxarlanması sistemi ilə açıq məkanların temperaturunun 10°C-yə qədər azaldılması hədəflənib.

Lakin yerli sakinlər üçün ənənəvi həll hələ də "siesta"dır.

"Siesta yalnız istirahət üçün deyil, həm də istidən qorunmaq üçündür. Saat 16:00-da temperatur 40°C-yə çata bilər və bu vaxt çöldə olmaq çox çətindir", deyə Sevilya meriyasının əməkdaşı Saida Sequra bildirib.

Onun sözlərinə görə, şəhər yayda dayanmasa da, ritm dəyişir: "Hər şey davam edir, sadəcə bir qədər gec başlayır".

Şəhərə köçmüş Böyük Britaniya vətəndaşı Bekki Rendell isə axşamlar çay kənarında təşkil olunan gecə pikniklərini xüsusi qeyd edir.

Avstraliyalı səyahətçi Tamara Riçardson bildirir ki, gec saatlar bütün yaş qrupları üçün daha rahatdır: uşaqlar parkda oynayır, böyüklər isə gecəyə qədər sosial həyatı davam etdirirlər.

Roma və Afina kimi digər Avropa şəhərləri də bu dəyişikliklərə uyğunlaşır. Romada yay aylarında tədbirlər daha çox axşam saatlarında keçirilir, restoranlar və muzeylər gec saatlara qədər açıq qalır.

Afina isə günün ən isti saatlarında Akropolu bağlayır, lakin axşam saatlarında turistlər üçün daha rahat və sakit ziyarət imkanı yaradır.

Yerli sakinlər qeyd edirlər ki, şəhər artıq "iki hissəli gün rejimi" ilə yaşayır: səhər aktivlik, günorta istirahət və axşam yenidən canlanma.

Nəticə olaraq, ekspertlər hesab edir ki, iqlim dəyişikliyi turist davranışlarını köklü şəkildə dəyişir və səyahətçilər getdikcə yerli ritmə uyğunlaşaraq şəhərləri fərqli formada kəşf edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 160
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 251
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.