"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?

"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?Azərbaycan məktəblərində "Son zəng" tədbirləri iyunun 13-də keçiriləcək.

Elm və Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu il ölkənin ümumi təhsil müəssisələrinin XI siniflərini təxminən 116 min şagird bitirir. Paytaxt məktəblərində isə bu il 37 222 nəfər məzun olur.

Nazirliyin təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən, "Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində saat 09:00-da başlamalı və ən gec iki saat ərzində başa çatdırılmalıdır.

Tədbirdə I və XI sinif şagirdlərinin valideynləri (qəyyumları və ya himayəçiləri), təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ), asayişin qorunması üçün əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də məktəbin ictimai-sosial həyatında fəal iştirak edən valideynlər iştirak edə bilərlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış qaydalarına da xüsusi yer ayrılıb. Qeyd olunub ki, şagirdlər tədbirdə məktəbli formasında iştirak etməli, məzunların xarici görünüşü təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağının müşayiəti ilə himnin səsləndirilməsinə yol verilir.

Sənədə əsasən, tədbir zamanı dəvət olunmuş rəsmi şəxslər üçün xüsusi hazırlıq işləri aparılmamalı, masalarda yalnız içməli su yerləşdirilməlidir. Həmçinin həmin şəxslərə gül dəstələri və hədiyyələrin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi isə yalnız məktəbin daxili imkanları hesabına təşkil edilməlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də "Son zəng" tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Qurum onları məsuliyyətli davranmağa çağıraraq bildirib ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və avtomobili idarə etmək hüququna xüsusi diqqət yetirilməlidir.

Müraciətdə vurğulanıb ki, "Son zəng" tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim edilməməlidir.

Dövlət Yol Polisi xəbərdarlıq edib ki, belə halların aşkar edilməsi zamanı qanunvericiliyə uyğun tədbirlər görüləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 126
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 231
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 238
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 200
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 167
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 277
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

23:00 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 158
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.