Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib.
Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.
Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.
Hazırda cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) genişmiqyaslı ibtidai istintaq hərəkətləri aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 661 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub
Çinin şimalında qeydə alınan torpaq sürüşməsi nəticəsində beş nəfər həyatını itirib. xəbər verir ki, bu barədə "Sinxua" informasiya agentliyi məlumat yayıb. Hadisə günün ikinci yarısında Linfen şəhər dairəsində yerləşən yaşayış məntəqələrinin birində baş verib. Məlumata görə, sözügedən regiond
25.07.2026 195 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI
Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq. xəbər verir ki, bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb. 2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündə
25.07.2026 184 İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən təbrik məktubunun mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Maldiv Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütü
11:31 112 ABŞ İrana İNANMIR: Trampdan rəsmi Tehrana TƏKLİF
ABŞ Prezidenti Donald Tramp mövcud münaqişənin həlli üçün İran nümayəndələrinin irəli sürəcəyi təkliflərə qulaq asmağa hazır olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edərkən bildirib. "Yeri gəlmişkən
25.07.2026 224 UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə
25.07.2026 178 Polşada it sahiblərinə yeni qadağa: Prezident qanunu təsdiqlədi
Polşa Prezidenti Karol Navrotski ötən ilin noyabrında analoji qanun layihəsinə veto qoymasından sonra itlərin zəncir və digər vasitələrlə bağlı saxlanılmasını qadağan edən qanunu təsdiqləyib. TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı yeni redaktədə hazırlanmış sənədin bütün maraqlı tərəfləri
11:45 105 Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd
25.07.2026 205 Yunanıstanın Səudiyyə Ərəbistanındakı hərbçiləri husilərin raketlərini vurublar
Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sisteminə xidmət edən Yunanıstan hərbçiləri husilər tərəfindən Yəməndən Yanbudakı neft emalı müəssisələri istiqamətində buraxılmış iki ballistik raketi zərərsizləşdiriblər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanı
25.07.2026 186 Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintilər
12:00 92