"Son zəng"də bunlar qadağandır (RƏSMİ)

"Son zəng"də bunlar qadağandır (RƏSMİ)Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək.

BiG.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.

"Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. "Son zəng" tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır.

Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalıdır. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir. Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır, tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır", - məlumatda vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 838   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - Fotolar

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə

27.07.2026 296
.

Tramp Zelenski və Netanyahu ilə Ağ Evdə görüşəcək

Ağ Ev rəsmisi CNN-ə bildirib ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı həm Ukrayna Prezidenti Vladimir Zelenskini, həm də İsrail Baş naziri Binyamin Netanyahunu Ağ Evdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrə diqqət yetirəcək ayrı-ayrı görüşlər üçün qarşılayacaq. BİG.AZ CNN-ə istinadən xəbər veri

10:27 166
.

Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri yetərlidirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının əsas şərtlərindən biri hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə sahibkarlar üçün vergi güzəştləri və dəstək mexanizmləri tətbiq edilib. Lakin biznes nümayəndələri hesab edirlər ki, dəyişən iqtisadi şərait fonund

11:25 164
.

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi - MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Çin ABŞ və müttəfiqlərinə məxsus strateji hərbi obyektlərin tamölçülü maketlərini tikərək genişmiqyaslı hərbi ssenarilər üzərində məşqlər keçirir. Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph peyk görüntülərinə istinadən məlumat yayıb. Məlumata görə, Çin ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaponiyadak

27.07.2026 239
.

Yaponiyanın Kyuşu bölgəsində güclü zəlzələ baş verib

Çərşənbə axşamı Yaponiyanın cənubundakı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, nəticədə minlərlə ev elektrik enerjisindən məhrum olub, dəmir yolu xidmətləri dayandırılıb və sunami və afterşoklar barədə xəbərdarlıqlar edilib. Yaponiya hökumət

12:22 142
.

Tacikistanda hicab və saqqal qadağan edildi

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən " portalı yayıb. Bildirilib ki, bu cür geyim növləri və xarici görünü

10:51 202
.

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

"Xəyal" İstirahət Mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edilib. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama ilə mnəlum olub ki, "Xəyal" İstirahət Mərkəzi meş

11:29 198
.

Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Sakit okeanda, Kamçatka yarımadası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatski şəhərindən 521 kilometr

14:26 85
.

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yeni cəbhələrin açılmaması üçün əlindən gələni etməlidir. Bizim.Media xəbər verir ki, o, İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib. "Biz yeni cəbhənin açılmaması üçün mümkün ola

27.07.2026 254
.

TOP MP3