İnsanın yaranması prosesi

İnsanın yaranması prosesiHər bir ana, bətnində körpəsini gəzdirərkən onun hamiləliyin müxtəlif periodlarında necə olması, hansı inkişaf mərhələsinə çatmasını çox düşünür. Ümumiyyətlə bətndaxili dövrdə 3 trimestr ayırd edilir. Hər bir trimestrdə döldə sadədən mürəkkəbə doğru inkişaf gedir. Əgər siz-gələcək analar körpənizdə hal-hazırda hansı dəyişikliklər getdiyini bilmək istəyirsinizsə bu sxem əsl sizin üçündür.

1-TRİMESTR

Hamiləliyin 1-2-ci həftəsi.
- Mayalanma baş verir.
- Mayalanmış yumurtahüceyrə 3 sutka uşaqlıq boşluğuna doğru irəliləyir.
- Uşaqlıq boşluğunda keçən növbəti 3 sutkadan sonra rüşeym implantasiya edir.
- Rüşeym xüsusi hormon-xorionqonadotropin (XQ) hazırlayır.
- Rüşeymdənkənar üzvlər-xorion, amnion, sarı cisim kisəsi inkişaf edir.

Hamiləliyin 3-4-cü həftəsi.
- Embrionun 21-ci günü formalaşmış ürək artıq döyünməyə başlayır.
- Yumurtahüceyrə və spermatozoidlərə başlanğıc verən hüceyrələr əmələ gəlir.
- Gələcək körpənin başı formalaşır.
- Qaraciyər, mədəaltı vəzinin rüşeymi əmələ gəlir.
- Yuxarı tənəffüs yolları-qırtlaq və traxeyanın mayası qoyulur.
- Əl və ayaqların mayası formalaşır.
- Beyin və onurğa sütunu formalaşır.
- Embrionda göz yarıqları əmələ gəlir.
- Embrion 4 mm ölçüdə olur və formasına görə qulaq seyvanına bənzəyir.

Hamiləliyin 5-6-cı həftəsi.
- Embrion 7-11 mm uzunluqdadır.
- Nazik bağırsaq, döş sümüyü və oynaqlar formalaşır.
- Gözlər, burun, alt və üst çənə əmələ gəlir.
- Timus-çəngələbənzər vəzi artıq vardır.
- Ürək artıq 4 hissədən ibarətdir.
- Əllərdə və ayaqlarda barmaqlar formalaşır.
- Baş beynin və sinir sisteminin intensiv inkişafı ilə əlaqədar olaraq reflektor aktivlik artır.
- Gözlər, qulaqlar görünməyə başlayır, ağciyər, mədə və qaraciyər formalaşır

Hamiləliyin 7-8-ci həftəsi.
-Embrion 12.5 mm ölçüdədir, çəkisi isə cəmi 1 q-dır.
-Beyincik formalaşır və böyrəküstü vəzinin beyin maddəsinin mayası qoyulur.
-Tam formalaşmamasına baxmayaraq dölün bədəninin vacib hissələri təyin edilir.
-Gözlər, qulaqlar, əl və ayaqlar artıq yaxşı görünməyə başlayır.
-Dölün əzələ və skeletinin formalaşması davam edir.
-Beyin differensasiyaya uğrayır, sinir sistemi daha da mürəkkəbləşir

Hamiləliyin 9-10-cu həftəsi.
- Əl və ayaq barmaqlarında artıq dırnaqlar da təyin edilir, əzələ və bağ aparatının inkişafı davam edir.
- Üzün quruluşu təkmilləşmişdir, gözlərin inkişafı sona çatmışdır.
- Beyin yarımkürələri artıq formalaşmışdır.
- Gözün buynuz qişasının formalaşması isə hələ də davam edir.
- Xüsusi stetoskop vasitəsilə dölün ürəkdöyüntüsü eşidilə bilər
- Ana hiss etməsə də embrion artıq hərəkətə başlayıb, lakin beyincik hələ yetişmədiyindən bu hərəkətlər xaotikdir.

Hamiləliyin 11-12-ci həftəsi.
- Döl 13-15 mm uzunluqdadır.
- Ürək, qaraciyər, böyrək, immun və endokrin sistemin formalaşması hələ də davam edir.
- Formalaşmış əzələlər dölün hərəkətinə təkan verir.
- Artıq bu dövrdə körpənin cinsiyyətini təyin etmək mümkündür.
- Körpədə udma aktı meydana gəlir, böyrəklər sidik əmələ gətirir və onu dölyanı mayeyə ifraz edir, sümük daxilində qan əmələ gəlir.

2-TRİMESTR

Hamiləliyin 13-14-cü həftəsi.
- Ürək sutkada 23 litr qan vurur.
- Baş, əllər, ayaqlar formalaşmış vəziyyətdədir və kiçik insanı xatırladır.
- Dölün dərisi nazik və şəffafdır.
- Baş tüklənməyə başlayır.
- Döl daha da aktiv hərəkətlər icra edir

Hamiləliyin 15-16-cı həftəsi.
- Plasentanın formalaşması başa çatmışdır.
- Dölün dərisi çəhrayıdır, qulaqları yaxşı görünür.
- Dölün üzü və bədənin digər hissələri aydın şəkildə ayırd edilir.
- Döl gözlərini qırpa, ağzını aça və əllərini bükə bilir.
- Dölün bətndə aktiv hərəkəti davam edir

Hamiləliyin 17-18-ci həftəsi.
- Bütün orqanlar formalaşıb və böyüməyə davam edirlər.
- İmmun sistemin formalaşması başa çatmışdır, interferon və immunoqlobulinlər sintez edilir.
- Dölün dərisində qoruyucu təbəqə əmələ gəlmişdir.
- Falanqalarda naxışlar formalaşır və sonralar barmaq izlərinin fərdiliyini təmin edir.
- Tənəffüs hərəkətləri meydana gəlsə də, onlar ağciyər tənəffüsü üçün yetərli deyillər.
- Bu vaxtdan etibarən ana dölün tərpənişini hiss edir.
- Dölün uzunluğu 20.5 sm, çəkisi isə 200q-dır

Hamiləliyin 19-20-ci həftəsi.
- Başın və bədənin müəyyən nahiyələrində tüklər vardır. Bu tüklər lanuqo adlanır.
- Döl barmaqlarını əmir və daha da hərəkətlidir.
- Daimi dişlərin mayası qoyulur.
- Bu mərhələdə baş beynin sürətli inkişafı gedir.
- Stetoskop vasitəsilə ürəkdöyünmələr yaxşı eşidilir.
- Böyrəklərin işləməsi davam edir.
- Dölün çəkisi 230-290 q-dır, lakin bu müddətdə körpənin dünyaya gəlməsi baş verərsə, onun yaşama ehtimalı çox azdır.

Hamiləliyin 21-22-ci həftəsi.
- Qulaq sümükləri formalaşır və səskeçirmə qabiliyyəti meydana çıxır.
- Körpə ananın nəfəsini, səsini və ürəkdöyünməsini eşidir.
- Bu period, dölün çəkisinin artmasının ən intensiv dövrü hesab olunur.
- Dölün uzunluğu 30 sm, çəkisi 350-400 q-dır
- Ağciyərlər o səviyyədə formalaşır ki, artıq döl bətnxarici mühitdə, intensiv terapiya nəzarəti altında yaşaya bilər.

3-TRİMESTR.

Hamiləliyin 23-24-cü həftəsi.
- Bağırsaqlarda ilk nəcis-mekoniy əmələ gəlib.
- Döl nəinki xarici, o cümlədən uşaqlıqdaxili səslərə də həssasdır.
- Reflektor hərəkətlər aktivləşir, bədənin ümumi hərəkəti isə güclənir.
- Ağciyərlərdə surfaktant hazırlanır, alveolları bürüyür.
- Döl artıq yata və oyana bilir.
- Dəri qırmızılaşır, qırışıqlarla və tüklərlə zənginləşir.
- Bu dövrdə doğulan hər 10 körpədən 8-i intensiv terapiya nəzarəti altında yaşama qabiliyyətinə malik olur.

Hamiləliyin 25-26-cı həftəsi.
- Dölün hipofizi artıq adrenokortikotrop hormonu sintez edir.
- Dərialtında piy toxuması toplanmağa davam edir.
- Ağız və dodaqlar daha da həssas olurlar.
- Gözlər yarımaçıq vəziyyət alır və işığı qəbul edə bilir.
- Dölün çəkisi 700-750 q-dır.
- Bu dövrdə doğulan hər 10 körpədən 9-u yaşayır

Hamiləliyin 27-28-ci həftəsi.
- Ağciyərlər artıq adi hava ilə tənəffüs edə bilərlər.
- MSS-i tərəfindən ritmik tənəffüs və bədən temperaturunun tənzimi nəzarət altında olur.
- Dölün boyu 35 sm, çəkisi 1000 q-dır.
- Bu dövrdə doğulan uşaqların demək olar ki hamısı yaşama qabiliyyətli olurlar
- Körpə gözlərini yumub-açır, barmaqlarını əmir, xarici səslərə cavab reaksiyası verir, hətta gülümsəyir və ağlayır.

Hamiləliyin 29-30-cu həftəsi.
- Körpə dölyanı mayeyə 0.5 litr sidik ifraz edir.
- Dəri qalınlaşır və çəhrayılaşır.
- Beynin sinir hüceyrələri arasında kontakt daha da artır.
- Təqribən bu müddətdən sonra dölün ölçüsü və çəkisi daha da artır (Çəki 1200-1300 q olur).
- Doğulan uşaqların hamısı yaşayır (Tibb işçilərinin nəzarəti altında)

Hamiləliyin 31-32-ci həftəsi.
- Qulaqlar öz formasını alır.
- Göz qapaqları tamamilə yumulub-açılır.
- Körpənin dərisi yumşaq və çəhrayıdır.
- Körpə işıq və qaranlıq hissiyyatı ilə artıq tanışdır.
- Körpənin çəkisi 1500-1800 q, uzunluğu 37-39 sm-dir.
- Doğulan uşaqların hamısı yaşayı (Tibb işçilərinin nəzarəti altında)

Hamiləliyin 33-34-cü həftəsi.
- Başın tükləri yumşaq olur,dəri pendirəbənzər yaxma ilə örtülüdür.
- Qulaq seyvanları düzlənməyə başlayır.
- Körpə oğlandırsa yumurtalar xayalığa düşür.
- Əzələlərin tonusu artır, uşaq başını döndərir və qaldırır.
- Uşağın çəkisi 1800-2100 q, boyu 40-42 sm-dir və yaşama qabiliyyətli olurlar

1-ci proses
İnsanın yaranması prosesi2-ci proses
İnsanın yaranması prosesi3-cü proses
İnsanın yaranması prosesi4-cü proses
İnsanın yaranması prosesi5-ci proses
İnsanın yaranması prosesi6-cı proses
İnsanın yaranması prosesi7-ci proses
İnsanın yaranması prosesi


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 19260   Tarix: 23 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ustalar.Az - Usta təmiri, usta sifarişi

Usta təmiri, usta sifarişisözləri internetdə ən çox axtarılan sözlər sırasındadır. Dövrümüzdə texnikalar nə qədər inkişaf etsələr də, onların müəyyən müddət işləndikdən sonra xarab olmaq ehtimalları var. Bu, televizorlara, kondisionerlərə, soyuduculara, paltaryuyan maşınlara, qabyuyan maşınlara və digə

06.06.2026 342
.

Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?

Batat - şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir. bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçuqlatan şirin kartof insan sağlamlığı üçün əvəzsizdir. Hazırda kiloqramı 10 manata olan batat B, C, PP, A

06.06.2026 129
.

Bunu etsəniz, işıq pulu az gələcək

Azərbaycanda kommunal xərclərin mühüm hissəsini elektrik enerjisi təşkil edir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, gündəlik istifadə zamanı bəzi sadə qaydalara əməl etməklə aylıq işıq haqqını nəzərəçarpacaq dərəcədə azaltmaq mümkündür. İlk növbədə istifadə olunmayan otaqlarda işıqların söndürülməs

31.05.2026 265
.

Yaddaşı gücləndirən içki

Uzun illərdir həm alimləri, həm də qəhvə həvəskarlarını düşündürən bir sual var: qəhvə həqiqətən yuxunu pozurmu?. Yeni araşdırma göstərir ki, bu sualın cavabı düşünüldüyündən daha mürəkkəbdir. Ölkə.az xəbər verir ki, alimlər yalnız yuxuya getmə müddətini deyil, həm də kofeinin yuxu başladıqdan sonr

04.06.2026 369
.

Tez əsəbiləşən insanlar daha vicdanlı olur?

Araşdırmalar göstərir ki, tez əsəbiləşən insanlar hər zaman "hövsələsiz" və ya "aqressiv" olmurlar; bəzi hallarda onlar yüksək emosional həssaslıq və güclü ədalət hissi ilə hərəkət edə bilirlər. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, asanlıqla qəzəblənən insanla

04.06.2026 336
.

​Cəmi 1 ilə məhsul verir - QAZANCI MİLYONLARLADIR

Ənənəvi meyvəçilikdə əkilən ağacların məhsul verməsi və gəlir gətirməsi adətən illər tələb edir. Lakin müasir aqrar texnologiyalar və yeni sürətli məhsul növləri sayəsində, əkildiyi ilk ildən etibarən bol məhsul verən meyvə ağacları da var. Bu üsulla hətta kiçik torpaq sahələrindən belə maksimum səmər

31.05.2026 334
.

Yeni virus PEYDA OLDU: əvvəlkilərdən daha sürətlə yayılır

Alimlər yeni növ nəhəng furtivovirus aşkar ediblər. O, görünməmiş şəkildə yayılır. xəbər verir ki, furtivovirus aralıq strategiyadan istifadə edir. Hüceyrəyə daxil olduqdan sonra o, hüceyrənin nüvəsini məhv edir, hüceyrənin mexanizmlərindən yararlanır və nüvədən qalan maye mühitdə çoxalmağa başlayır

31.05.2026 231
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

05.06.2026 158
.

Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul

Qiyməni daha ləzzətli etmək, bişərkən qurumasının qarşısını almaq və pambıq kimi yumşaq bir konsistensiya əldə etmək üçün mətbəxdəki bu bəsit məhsul kifayətdir: Qazlı su. xəbər verir ki, xüsusilə kotlet (küftə), kabab, qovurma və ya lahmacun içi hazırlayarkən qiyməyə qazlı su əlavə etmək ətin liflərin

31.05.2026 263
.

TOP MP3