Bugün terror qurbanlarının qırxıdır..

BU GÜN ADNA-dakı TERROR QURBANLARININ QIRXIDIR

ADNA-dakı qırğın zamanı terrorçunun üstünə yeriyib şəhid olan tələbə Yusif Bəndəliyevin hekayəti
Onun qatilə düyünlədiyi yumruğu öləndən sonra da açılmadı

Bugün terror qurbanlarının qırxıdır..Bu gün aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktında həlak olanların qırx mərasimidir. Bu qanlı cinayət neçə-neçə həyata son qoydu, neçə-neçə ziyalını, alimi, müəllimi, savadlı gənci, adi vətəndaşımızı sıralarımızdan apardı. Terrordan artıq 40 gün ötsə də, nə bu qanlı olayın şahidləri, nə də bütün cəmiyyətimiz o dəhşətli faciənin şokundan hələ də çıxa bilməyib. Qanlı olayda 12 nəfər həlak olsa da, onların hamısı təsadüfən gülləyə tuş gəlməyib. Qətlə yetirilənlərin içində vurulacaqlarını, hətta öləcəklərini bilə-bilə qəhrəmancasına terrorçunun üzərinə gedənlər də olub. Onlardan biri də Yusif Bəndəliyevdir.
Bugün terror qurbanlarının qırxıdır..Bəndəliyev Yusif Telman oğlu 1989-cu ildə Cəlilabad şəhərində anadan olub. O, ADNA gömrük işinin təşkili fakültəsinin II kurs tələbəsi idi. Mərhum Cəlilabad şəhər 2 saylı orta məktəbini bitirib. Cəlilabad Rayon İcra Hakimiyyətindən şəhid tələbənin ailəsinə bildirilib ki, həmin məktəbə Yusifin adı veriləcək. Ailədə dörd uşaq olublar. Yusif ailənin ilk oğlan övladı idi. Anası rayonda, atası isə Rusiyada yaşayır.
"Yusifin həftədə cəmi bir dəfə II korpusda dərsi olurmuş. Tərslikdən dərs günü də elə faciə gününə təsadüf edib". Bunu bizə Yusifin xalasının həyat yoldaşı Qurban Mehdiyev danışır. Qurban bəy Yusifin onun Bakıdakı evində yaşadığını söylədi: "Elə Yusifin ölüm xəbərini də ilk eşidən də xalası, yəni mənim həyat yoldaşım olub. O, ADNA-dakı qırğın barədə xəbər tutan kimi Yusifə zəng vurub. Amma Yusifin telefonuna cavab verən olmayıb. Bundan sonra xanımım mənə zəng vurdu ki, bəs Yusif itib. Neft Akademiyasına getdik. Gördük nə özü var, nə də qrup yoldaşları. Dedilər Musa Nağıyev adına xəstəxanaya gedin. Getdik orada da axtardıq, yaralılar içində də onun adını tapa bilmədik. Ümidimiz kəsilmiş halda üz tutduq meyitxanaya. Axırda orada tapdıq Yusifi. Bizə dedilər ki, Yusif qəhrəmancasına həlak olub, icazə verin onu Şəhidlər Xiyabanında dəfn edək. Biz isə razılaşmadıq. Öz rayonumuzda dəfn etmək qərarına gəldik. Qrupda 23 qız, 22 oğlan idilər. Yalnız Yusif şəhid olub. Oğlumla bir yerdə böyüyüblər. İnanın ki, oğlum hələ də şokdadır. Yusif öləsi oğul deyildi. Çox təmiz, saf, mərd, tərbiyəli oğlan idi. Bilmirəm niyə Allah həmişə yaxşıları seçib aparır".

Son sözü "qorxmayın" olub

Qatil 6-cı mərtəbəyə, Yusifin oxuduğu auditoriyaya yaxınlaşır. Cinayətkarla üz-üzə olan tələbələrin qaçmaq şansı olmur. Yusif 20 metrliyində olan qatilin fikrini yayındırmaq üçün yumruqlarını qəzəblə düyünləyib onun üstünə yeriyir. "Bunun nəyindən qorxursunuz?" deyərək qatilə yaxınlaşır. Bəlkə də qatilin üstünə atılıb onu yerə yıxmaq, zərərsizləşdirmək istəyirmiş. Qatilin 5-10 metrliyinə çatanda o yaramaz dönüb Yusifin baş nahiyəsinə atəş açır. Yusifin dostları deyir ki, o, qarışqanı tapdamaqdan da çəkinərmiş. Amma adi vaxtda qarışqanı belə əzməkdən çəkinən Yusif qarşısına çıxan hər kəsi güllələyən qatilin üzərinə əliyalın gedir. Gedir və öz həyatı bahasına olsa da, onlarla tələbə yoldaşını xilas edir. Mərhumun dostları deyir ki, o, təkcə yaşamağın yox, yaşatmağın da nə olduğunu öz həyatı bahasına göstərdi. Dostları onu da deyir ki, hətta ölümündən sonra da Yusifin qatilə düyünlədiyi yumruğunu açmaq mümkün olmayıb.

"Bizim ona can borcumuz var"

Bugün terror qurbanlarının qırxıdır..Yusifin tələbə yoldaşları onun üç mərasiminə qədər rayonda qalıblar. Anası Səlminaz xanım deyir ki, qrup yoldaşları Yusifin qəbrinin üstündən getmək istəmirdilər. Cəlilabadın icra başçısı Əziz Əzizov gəncləri güclə sakitləşdirib, yola salıb: "Dostları mənə deyirdilər ki, bizim Yusifə can borcumuz var, o olmasaydı, bəlkə də hamımız öləcəkdik. Mənə həmişə deyirdi ki, qoy oxuyub qurtarım, Bakıdan ev alacam, qoymayacam səni burada qalasan. Gömrükçü olacağına görə fəxr edirdi". Anası deyir ki, Yusif uşaqlıqdan həkim olmaq arzusunda olub. Amma anası "bizim nəslə həkim düşmür. Hamısı cavan ölür" deyərək onu fikrindən daşındırıb.

Yusif nəsillərinin yeddinci qurbanıdır

Yusifin əmisinin də ölümü onu tanıyanları sarsıdıb. Əflatun Bəndəliyev 1952-ci ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdi. Cəlilabad Rayon Gigiyena Mərkəzində şöbə müdiri işləyirdi. 46 yaşında vəfat edib. Mərhumun digər əmisi Qələndər Bəndəliyev 1956-cı ildə anadan olmuş, Saratov Hərbi Tibb Akademiyasını bitirmişdi. Buryatiya Muxtar Respublikasının Ulan-Ude şəhərində mərkəzi hərbi hospitalın bas həkimi işləyirdi. Hərbi təlim zamanı həlak olub. Öləndə 35 yaşı vardı. Yusifin əmisi oğlu Hüseyn Möhübbət oğlu Bəndəliyev 2006-cı il martın 16-da axşam saat 21:00 radələrində Tərtərin Torpaqtəpə deyilən məntəqəsində ermənilərlə döyüşdə şəhid olub. Hərbi hissə komandirinin deməsinə görə, ermənilər Hüseynin qulluq etdiyi hərbi hissəyə qəfildən basqın ediblər. Bu vaxt Hüseyn və onun iki əsgər yoldaşı postda olub. Qüvvələr qeyri-bərabər, hava isə çox sərt, dumanlı imiş. Hüseyn və iki əsgər yoldaşı son nəfəslərinə kimi vuruşublar. Bu döyüşdə Hüseyn 8 güllə yarası alaraq şəhid olub. Daha sonra məlum olub ki, Hüseyn postdakı dostları ilə birgə 20-dən çox ermənini öldürüb. Yusifin məzarı Cəlilabad şəhərində dəfn edilən Hüseynin qəbri ilə yanaşı qazılıb. Amma Yusifin ölümü hamısından dəhşətli olub. Bu faciə təkcə Bəndəliyevləri deyil, bütün ölkəni sarsıtdı. Cəlilabadda təşkil olunan dəfn mərasiminə xalq şairi Zəlimxan Yaqub və Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova da qatılıb. Qurban Mehdiyev deyir ki, Cəlilabad rayonundan seçilən deputatların heç biri yas mərasiminə gəlməyib: "Deputatlardan heç biri bir dəfə də olsun yas mərasiminə baş çəkmədi. Nə də ki, akademiya rəhbərliyindən ailəyə başsağlığı verilməyib". Qurban bəy bir məqamdan da narazılığını gizlətmədi. Deyir ki, mətbuatın, xüsusən də telekanalların terror qurbanlarına münasibəti Yusifin ailəsini qane etmir. Ailə "bu da bir təsəlli olar deyə" çəkiliş üçün ANS telekanalına ərizə ilə müraciət etsə də, onlardan səs çıxmayıb: "Mən özüm şəxsən ANS telekanalına getdim. Şirkətin prezidenti Vahid Mustafayevlə görüşmək istəsəm də, buna şərait yaratmadılar. Sonradan ərizə ilə müraciət etdim. Söz verdilər ki, 40 mərasiminə qədər gəlib çəkiliş aparacaqlar. Amma gəlmədilər".

Əmisi oğlunun şəhid olduğu hərbi hissədə qulluq etməyi arzulayırdı

Bugün terror qurbanlarının qırxıdır..Yusifi tanıyanlar onun əsgərliyə getmək həvəsində olduğunu deyirlər. Özü də əmisi oğlu Hüseynin qəhrəmanlıqla həlak olduğu hərbi hissəyə getmək niyyətində imiş. Hətta o, Neft Akademiyasına daxil olmamışdan öncə hərbi xidmətə getmək istəyib. Amma ailəsi buna mane olub. Və onu ali məktəbə sənəd və imtahan verməyə məcbur ediblər. Yusif də imtahan verib və yüksək balla ADNA-ya daxil olub. İndi anası deyir ki, kaş əsgər gedəydi, bəlkə onda ölməzdi. Amma Yusif əsgərliyə getməsə də, əsgər paltarını geyinməyə macal tapıb. O, xalası oğlunun hərbi formasını geyib, bu formada hətta şəkil də çəkdirib. Kim bilir, bu formanı heç vaxt geyə bilməyəcəyi bəlkə də ürəyinə damıbmış. Ən böyük arzusuna çatmayacağını bilirmiş. Kim bilir... Beləcə, bir gəncin həyat hekayəsi və arzuları yarıda qaldı. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin.

Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12612   Tarix: 08 iyun 2009  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

10.08.2026 228
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10.08.2026 254
.

Beynəlxalq Kosmik Stansiya orbitdən necə çıxarılacaq? - DETALLAR

ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən alınmasının son prosesini həyata keçirəcək. xəbər verir ki, bunu Yuri Qaqarin adına Kosmonavt Təlim Mərkəzinin əməkdaşı Oleq Kononenko TASS-a yerləşdirilib. Onun sözlərinə görə, BKS-nin orbitdən götürülməsi son ABŞ-ın xüsusi Orbitindən Çıxarılma Vasitəsin

10.08.2026 218
.

Şıxov çimərliyində iki nəfər boğuldu

Bakıda dənizdə iki nəfər boğulub. APA xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb

10.08.2026 230
.

Mbappe Nike ilə 19 illik müqaviləsini ləğv etdi: gözlənilməz addım atacaq

"Real"ın ulduzu "Adidas" və "Under Armour" şirkətlərinin təkliflərini rədd edib və öz brendini yarada bilər. "Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe kommersiya tərəfdaşlığında böyük dəyişikliklərə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatın

10.08.2026 174
.

Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?

"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib

10.08.2026 277
.

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, sərhəd rejimini, sərhədboy

10.08.2026 251
.

Xanımının ad gününü Lazur sahillərində qeyd etdi - FOTOLAR

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanın doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Axşam.az xəbər verir ki, sənətçi bu münasibətlə ailə fotolarını sosial şəbəkə hesabında paylaşıb. Emin həyat yoldaşı və övladları ilə birlikdə Fransanın məşhur kurort şəhəri Sen-Tropezə yollanıb

10.08.2026 434
.

İpotekanın azalması evlərin qiymətinə necə təsir edəcək? - EKSPERT RƏYİ

"İpoteka kreditlərinin azalması mənzil bazarında həm tələbə, həm də qiymətlərə təsir göstərə bilər. İpoteka imkanları daraldıqca böyük ilkin ödəniş etmək imkanına malik olmayan insanların mənzil almaq imkanları da məhdudlaşır. Bu isə formal olaraq tələbin zəifləməsinə səbəb ola bilər. Lakin Azərbaycand

10.08.2026 261
.

TOP MP3