Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?
Təhsil eksperti Elşən Qafarov orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflə çıxış edib. O, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün magistratura təhsilini məcburi şərt kimi təklif edir.
Ekspertin fikrincə, müəllimlərin işə qəbulunda magistr dərəcəsi olan namizədlərə üstünlük verilməli, bakalavr və orta ixtisas təhsilli şəxslərin bu sahəyə qəbulu isə mərhələli şəkildə məhdudlaşdırılmalıdır.
BiG.AZ xəbər verir ki, E.Qafarov Modern.az-a açıqlamasında Azərbaycanın təhsil sisteminin dünya təcrübəsinə uyğun inkişaf etməli, pedaqoji fəaliyyətin elmi-pedaqoji yanaşma əsasında qurulmalı olduğunu deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bir çoxunda yalnız ümumi təhsil müəssisələrində deyil, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoqlardan magistratura təhsili tələb olunur:
"Ölkəmizdə bu istiqamətdə mərhələli keçidə başlanmalıdır. İlk növbədə, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas təhsilli şəxslərin iştirakına son qoyulmalıdır. Onların bakalavr təhsili üçün xüsusi proqramlar hazırlanmalıdır.
Hazırda orta ixtisas təhsili olan müəllimlər arasında yüksək idarəetmə və pedaqoji bacarıqlara malik kadrlar var. Bu şəxslərin potensialından daha səmərəli istifadə etmək üçün onlara bir və ya ikiillik xüsusi təhsil proqramı vasitəsilə bakalavr təhsili almaq imkanı yaradılmalıdır".
O, müəllimlərin işə qəbulu müsabiqəsində magistratura təhsili olan namizədlərə əlavə balların verilməsini, seçimlərdə onların üstün tutulmasını təklif edib:
"Gələcəkdə təkcə orta ixtisas təhsilli şəxslərin deyil, bakalavr dərəcəsi olanların məktəbəqədər və ümumi təhsil müəssisələrində müəllim kimi işə qəbulu mərhələli şəkildə azaldılmalıdır. Pedaqoji fəaliyyət üçün magistratura təhsili əsas tələbə çevrilməlidir. Bütün fənn müəllimlərinin magistratura təhsilinə malik olması tədrisin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 68 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA
"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, pensiyaları
00:25 364 Paşinyan: "Ermənistanda yeni nüvə enerji blokunun tikilməsi təhlükəsizliyimiz üçün vacibdir"
Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında mövcud Ermənistan Atom Elektrik Stansiyasının (AMES) istismar müddəti bitdikdən sonra ölkədə onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsinin zəruriliyini ifadə edib. Bu barədə Ermənistan KİV-ə istinadən məluma
12:40 0 Nazir pensiya artımı ilə bağlı rəqəmləri AÇIQLADI
Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosia
00:15 321 7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı - Video
Türkiyənin Mersin şəhərində bir həftə əvvəl itkin düşən 76 yaşlı Müminə Kılıç sağ tapılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı qadının yeddi gün ərzində nəm torpaq yeyərək və dərədən su içərək həyatda qalmağa çalışdığı məlum olub. Kılıç yaşadığı evdən təxminən 7 kilometr uzaqlıqda bələdiyy
28.11.2026 269 Ermənistanın KTMT-dəki gələcəyi məlum oldu
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı öz tərkibindən çıxarmağı planlaşdırmır". -ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov bildirib. "Ermənistanın KTMT-dən çıxarılması məsələsi qaldırılmır və rəsmi İrəvan kollekti
28.11.2026 266 Pirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28.11.2026 252 Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. Torpaq islahatı çərçivəsində həyətyanı sahə alan vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiqləyə
28.11.2026 305 Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək. Trend-in araşdırmasına görə, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir. Belə ki, nəzərd
28.11.2026 260 Bakıda stilist doğuşdan sonra vəfat etdi
Bakıda qadının doğuşdan sonra ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Belə ki, stilist kimi çalışan Fəzilə İskəndərova doğuşdan sonra həyatını itirib. Qeyd edək ki, o, 2025-ci ildə ailə həyatı qurub
28.11.2026 362