10 ildən sonra ilk dəfə birgə bunu etdilər

10 ildən sonra ilk dəfə birgə bunu etdilərHollivud ulduzları Ancelina Coli və Bred Pitt ayrılıqlarından təxminən 10 il sonra ilk dəfə birgə açıqlama yayıblar.

Axşam.az xəbər verir ki, keçmiş cütlük Fransada yerləşən "Chateau Miraval" şərab zavodu ilə bağlı uzunmüddətli mübahisəni məhkəməyə getmədən həll etdiklərini bildiriblər.

"Biz ailəmizin maraqlarını nəzərə alaraq mübahisəni məhkəmədən kənar yolla həll etdik və məsələ ilə bağlı əlavə şərh verməyəcəyik" deyə, onların nümayəndələrinin "The Telegraph" nəşrinə açıqlamasında bildirilib.

51 yaşlı Coli və 62 yaşlı Pitt mediada bundan sonra yayımlanacaq, adları açıqlanmayan mənbələrə istinad edən şərhlərin onlara və ya yaxınlarına aid olmadığını da vurğulayıblar.

Aktyorlar qarşılıqlı iddialarından imtina etmək üçün artıq məhkəməyə müvafiq sənədlər təqdim ediblər. Beləliklə, 2027-ci ilin əvvəlində Los-Ancelesdə keçirilməsi planlaşdırılan və andlı iclasçıların iştirak edəcəyi məhkəmə prosesinin qarşısı alınıb. Razılaşmanın maliyyə və hüquqi şərtləri isə gizli saxlanılır.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2008-ci ildə Fransanın cənubunda yerləşən "Chateau Miraval" mülkünü və şərab zavodunu alıblar. Cütlük 2014-cü ildə də məhz burada ailə qurub.

2016-cı ildə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. Buna səbəb şəxsi təyyarədə baş verən münaqişə olub. Colinin iddiasına görə, həmin vaxt sərxoş olan Pitt ona və uşaqlarına qarşı fiziki zorakılıq tətbiq edib. Onların nikahı yalnız 2024-cü ilin sonunda rəsmən pozulub.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 71   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Salman Xan 6 həftə məni qorudu"

Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi "Qapqara" yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona dəstək göstərdiyini bildirib. Oksana deyib ki, aktyoru

15.11.2026 631
.

Cinsi təcavüzə görə qadınlardan üzr istədi

Dünyaca məşhur fransız aktyor Jerar Depardye iki qadına qarşı cinsi təcavüzə görə aldığı 18 aylıq şərti həbs cəzasından apellyasiya şikayətini geri götürüb. İllərdir ona qarşı irəli sürülən ittihamları rədd edən 77 yaşlı aktyor məhkumluq qərarını qəbul edərək zərərçəkmiş qadınlardan üzr istəyib. Aktyo

18.11.2026 895
.

"Əvvəl alma-çörək yeyirdim, indi kürü..."

Müğənni Nadir Qafarzadə son vaxtlar özünü yaxşı hiss etmədiyini, ətrafındakı insanların münasibətlərindən və həyatın dəyişməsindən yorulduğunu etiraf edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə aparıcı Lamiya Ələkbərovanın "Ulduzla danış" proqramında danışıb. N.Qafarzadə bildirib ki, bəzə

16.11.2026 826
.

"4 ildir bu xəstəliyə görə kökəlmirəm"

Aktrisa Pərvin Abıyeva arıq qalması ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az xəbər verir ki, sənətçi "MTV Maqazin"ə açıqlamasında pəhriz və idmanla əlaqəli olmadığını bildirib. Pərvin bunun səbəbinin səhhətindəki problemlə bağlı olduğunu deyib:. "Dörd ildir arıq qalmağımın pəhri

15.11.2026 647
.

Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz"

Aktrisa Perihan Savaşın açıqlaması gündəm olub. BİG.AZ -ə istinadən xəbər verir ki, o gəlini Melis Ketencinin ona "Ana" yox da "Xala" deməsini yumoristik yanaşma ilə izah edib. Aktrisa gəlinin öz anası olduğu üçün ona "Xala" dediyini bildirib. "Bir insan öz anası olduğ

20.11.2026 697
.

Boşanma səbəblərini açıqladı

Türkiyəli aktrisa Ezgi Mola 2025-ci ildə boşandığı Mustafa Aksakallı ilə ayrılığının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə qonaq olduğu "Ritmini Bul" adlı yutub proqramında danışıb. O, boşanma ilə bağlı ortaya atılan xəyanət iddialarını da təkzib edib. Ezgi bildiri

22.11.2026 514
.

Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısı jurnalistləri ittiham etdi (VİDEO)

Xalq artisti Könül Xasıyevanın Bakıda fəaliyyət göstərən publardan birində çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi xanəndəni pubda oxuduğuna görə tənqid edib, digərləri isə Könül Xasıyevanı belə bir məkanda çıxış etməyə vadar edən səbəbləri

18.11.2026 915
.

Kevin bu dəfə "Evdə tək"də tələlərə özü düşəcək

Məşhur "Evdə tək" filminin davamı çəkiləcək. Axşam.az xəbər verir ki, ekran işində orijinal filmin ulduzu Makoley Kalkinin yenidən baş rola qayıtması gözlənilir. Bildirilib ki, yeni filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır. Onlar layihənin həm ssenari müəllifi, həm də prodüser

22.11.2026 412
.

"Şahzadə Mustafa" Bakıya gələcək

Türkiyəli aktyor Mehmet Günsür Bakıya gələcək. Axşam.az xəbər verir ki, aktyor "Aşk tesadüfleri sever 3" filminin qala gecəsi üçün paytaxta səfər edəcəyini açıqlayıb. Qeyd edək ki, Mehmet bir çox ekran işində rol alsa da, daha çox "Möhtəşəm yüz il" serialındakı "Şahzadə Mustafa"

24.11.2026 395
.