Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər
Beynəlxalq klinik tədqiqat göstərib ki, psixoterapiyadan əvvəl fiziki məşqlərlə məşğul olmaq depressiyadan əziyyət çəkən insanlarda yaddaş və diqqətin müəyyən göstəricilərinin yaxşılaşmasına kömək edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 18-də Braziliyanın San-Paulu Tədqiqat Fondunun (FAPESP) elmi informasiya agentliyi məlumat yayıb.
Tədqiqatın nəticələri "Mental Health and Physical Activity" elmi jurnalında dərc olunmuş randomizə edilmiş klinik sınağın əlavə koqnitiv təhlilinə əsaslanır.
Araşdırmaya yüngül və orta dərəcəli depressiya diaqnozu qoyulmuş 120 yetkin şəxs cəlb edilib. Onlardan 74-ü proqramın bütün mərhələlərini tamamlayıb.
İştirakçılar əvvəlcə 12 həftə ərzində fiziki məşq proqramına qatılıb, daha sonra isə 12 həftə koqnitiv-davranış terapiyası alıblar.
İştirakçılardan ibarət bir qrup qaçış, velosiped sürmə və aerobika kimi daha intensiv fiziki məşqlərlə məşğul olub. İkinci qrup isə gəzinti, yüngül velosiped sürmə və dartınma hərəkətlərinə üstünlük verib. Müqayisə qrupunun üzvləri ilkin mərhələdə fiziki məşq etməyiblər.
Nəticələr göstərib ki, daha intensiv məşq edən iştirakçıların fiziki dözümlülüyü, eləcə də diqqət və informasiyanın emalı ilə bağlı bəzi göstəriciləri daha çox yaxşılaşıb.
Fiziki hazırlığın yaxşılaşması işçi yaddaşın müəyyən göstəriciləri ilə, IGF-1 adlı bioloji göstəricidəki dəyişiklik isə şifahi informasiyanın öyrənilməsi qabiliyyətinin bir göstəricisi ilə əlaqəli olub.
Ümumilikdə idrak qabiliyyətindəki irəliləyişlər əsasən psixoterapiya mərhələsində müşahidə edilib.
Tədqiqatın müəlliflərindən biri Andre de Oliveyra Vernekin sözlərinə görə, əldə olunan nəticələr fiziki aktivliyin psixoterapiyanın bəzi koqnitiv faydalarını artırmaq üçün hazırlayıcı rol oynaya biləcəyini göstərir.
Bununla belə, klinik sınaqda bütün yaddaş testləri üzrə müsbət nəticələr qeydə alınmayıb.
Alimlər vurğulayıblar ki, araşdırmanın nəticələri fiziki məşqlərin depressiyanı müstəqil şəkildə müalicə etdiyini sübut etmir.
Bundan başqa, tədqiqata cəlb olunan 120 nəfərdən yalnız 74-nün proqramı tam başa vurması nəticələrin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.
Hazırda depressiyadan əziyyət çəkən insanlar üçün hansı fiziki məşq rejiminin daha faydalı olduğunu müəyyənləşdirmək məqsədilə əlavə araşdırmalar aparılır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 598 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 1023 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 582 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1122 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 923 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 987 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 1151 Ürək sağlamlığını qorumağa kömək edən 5 qida
Ürək-damar sisteminin sağlamlığı yalnız fiziki aktivlikdən deyil, gündəlik qidalanma vərdişlərindən də asılıdır. Düzgün seçilmiş məhsullar qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə, qan damarlarının fəaliyyətinin dəstəklənməsinə və ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Xüsusil
18.11.2026 729 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 1215