Övladınıza "TikTok"da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
"TikTok" platforması yenilənmiş "Ailə ayarları" funksiyasını təqdim edib.
"Qafqazinfo" xəbər verir ki, bununla valideynlər öz hesablarını yeniyetmə övladlarının hesabları ilə əlaqələndirəcək, məxfilik parametrlərini idarə edə biləcəklər.
Yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfindən yaradılan kontentin tanınması və kontent yaradıcılarının razılığı olmadan onların xarici görünüşündən istifadə edilməsinin qarşısını almağa yönəlmiş yeni texnologiyaların tətbiqi yer alır.
Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə edir:
- Ekran vaxtı - Artıq valideynlər "Ailə ayarları" funksiyasından istifadə edərkən ilk növbədə yeniyetmənin "TikTok"da keçirdiyi orta vaxt, gecə saatlarındakı aktivliyi və müəyyən edilmiş məhdudiyyətlər barədə məlumatları görə biləcək. Bu məlumatlar əvvəllər əlçatan olsa da, son yeniləmələr sayəsində daha aydın və nəzərdən keçirilməsi asan formada təqdim olunur.
- Qarşılıqlı əlaqələr - Valideynlər yeniyetmənin qarşılıqlı əlaqədə olduğu hesabları, eləcə də blokladığı profilləri görə biləcək.
- Maraq dairəsi - Valideynlər yeniyetmənin hansı mövzulara və icmalara maraq göstərdiyini daha yaxşı anlayacaq.
- Paylaşımlar - Yeni bölmə valideynlərə yeniyetmənin həftə ərzində paylaşdığı açıq videoları və həmin videoların baxış sayını görməyə imkan verəcək.
Bildirilir ki, bu məlumatlar hər gün yenilənəcək. Valideynlərin rahatlığı üçün yenilənmiş "Ailə ayarları" funksiyası veb-brauzer vasitəsilə də əlçatan olacaq.
"Ailə ayarları" funksiyasının gələcək inkişafı çərçivəsində "TikTok" yeniyetmənin intihar və ya özünə zərər vermə mövzuları ilə bağlı materialları təkrarən axtarması halında valideynləri məlumatlandıracaq bildirişlər üzərində də işləyir. Bildirişlə yanaşı, valideynlərə yaranmış vəziyyəti yeniyetmə ilə həssas şəkildə müzakirə etmək və ona dəstək təklif etmək yolları barədə tövsiyələr də təqdim olunacaq.
"TikTok", həmçinin kontent yaradıcılarına və ictimai şəxslərə xarici görünüşlərindən onların razılığı olmadan istifadə oluna bilən süni intellektlə yaradılmış məzmunu aşkar etməyə kömək edən "Likeness Detection" alətinin bütün dünyada mərhələli şəkildə tətbiq olunacağını elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki
23.11.2026 245 İlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23.11.2026 237 Dünyanın ən uzun çimərliyi - Uzunluğu 254 kilometrdir
Dünyanın ən uzun çimərliyi hesab edilən Praia do Cassino Braziliyada yerləşir. Uzunluğu təxminən 254 kilometr olan bu çimərliyi piyada başdan-başa keçmək üçün 8-10 gün vaxt tələb olunur. xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın cənubunda yerləşən Praia do Cassino dünyanın ən uzun fasiləsi
23.11.2026 272 Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib
Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul
23.11.2026 247 Ukraynaya "Patriot" raketlərinin çatdırılması niyə gecikir?
Pentaqon Ukraynaya təxminən 60 ədəd "Patriot" hava hücumundan müdafiə raketinin, o cümlədən Avropa ehtiyatlarından tədarükünü təxirə salıb. xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Kiyevə Qərb müttəfiqlərinin maliyyəsi hesabın
10:57 0 Bakıda yeni işıqforlar bu qaydada işləyəcək - Fotolar
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. Axşam.az xəbər verir ki, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
10:25 87 Lamin Yamal Bakıya gəlməyəcək
"Barselona"nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Vilyareal" ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında "Sabah"la matç üçün Azərbaycana gəlməyəcək
23.11.2026 277 Tacı əlindən alınan model gənc qızlara səsləndi
Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar
23.11.2026 325 Zelenskinin Rusiya ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu
İrlandiyalı jurnalist Çey Boase Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Avropa üçün əsrlər boyu təhlükə yaratması ilə bağlı açıqlamasına münasibət bildirib. xəbər verir ki, jurnalist fikirlərini "X" sosial şəbəkəsində paylaşıb. "Zelenski Qərbin böyük bir hissəsinin Hitleri sakitləşdirməy
10:44 49