İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus "Vidal" aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı müəyyən olunub.
Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici "Diazepam" və "Pregabalin" (lirika) həbləri aşkarlanaraq götürülüb.
Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsiredici "Pregabalin" həbləri aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan "Pregabalin" və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.
İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri "liri", "lirik" "lirika" kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.
Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 191 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video
Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar
21.11.2026 163 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video
İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin
21.11.2026 166 İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql
21.11.2026 191 Evlənənlərin sayı azalsa da, boşanmalar eyni qalıb
Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma, 15030 isə boşanma halları qeydə alınıb. Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisəd
21.11.2026 183 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn
21.11.2026 193 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkını
21.11.2026 177 Dekabrda 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq. Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-
21.11.2026 231 Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
00:27 74 Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşın gündəlik həyatına daha yaxın edir, bürokratik prosedurları azaldır, insanı sənəd toplamaq, növbələrdə gözləmək və müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas edir. Bunu "Report"a açıqlamasında depuatat Tahir Mirkişili bildirib. Onun sözlərin
21.11.2026 158