Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"

Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşın gündəlik həyatına daha yaxın edir, bürokratik prosedurları azaldır, insanı sənəd toplamaq, növbələrdə gözləmək və müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas edir.

Bunu "Report"a açıqlamasında depuatat Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, rəqəmsal dövlətin əsas qazancı isə bütün bu dəyişikliklərin nəticəsində insana öz vaxtını geri qaytarmasıdır.

T. Mirkişili hesab edir ki, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində cəmi iki il ərzində 74-cü yerdən 38-ci pilləyə yüksəlməsi rəqəmsal dövlət quruculuğu sahəsində əldə olunan mühüm nailiyyətdir.

"36 pilləlik irəliləyiş ölkəmizin bu istiqamətdə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Xüsusilə diqqətçəkən məqam onlayn dövlət xidmətləri üzrə Azərbaycanın dünyada 11-ci yerə yüksəlməsidir. Bu göstərici üzrə ölkəmiz Böyük Britaniya, ABŞ və Kanada kimi dövlətləri qabaqlayıb. Söhbət konkret olaraq onlayn xidmətlər göstəricisindən gedir.

Vətəndaş üçün bu uğurun mənası çox sadədir: bir sənədi almaq üçün işdən icazə götürməmək, saatlarla növbədə dayanmamaq, eyni məlumatı müxtəlif qurumlara təkrar təqdim etməmək. Vətəndaş dövlət xidmətindən telefon vasitəsilə bir neçə dəqiqəyə istifadə edə bilirsə, bunun arxasında həm texnoloji, həm də idarəetmə baxımından ciddi dəyişiklik dayanır. Rəqəmsal dövlətin dəyəri insanın gündəlik həyatında məhz belə hiss olunur". - deputat qeyd edib.

O bildirib ki, rəqəmsallaşmanın iqtisadi baxımdan yaratdığı vaxt və xərc qənaəti də xüsusi əhəmiyyət daşıyır:

"Minlərlə insanın sənəd toplamağa, yola və növbəyə sərf etdiyi saatların iqtisadi dəyəri var. Qənaət edilən vaxt işə, təhsilə, ailəyə və yeni ideyalara yönəlir. Sahibkar üçün isə daha sürətli xidmət daha az inzibati xərc, işini planlaşdırmaq və biznesini böyütmək üçün daha geniş imkan deməkdir. Bu baxımdan, rəqəmsallaşma iqtisadiyyatın məhsuldarlığını artıran mühüm vasitədir.

Digər mühüm məsələ şəffaflıqdır. Müraciətin nə vaxt daxil olduğu, hansı mərhələdə olduğu və cavabın nə zaman verilməli olduğu sistemdə görünəndə məsuliyyət də artır. Aydın qaydalar və izlənilə bilən proseslər vətəndaşla dövlət arasında etimadı gücləndirir.

Prezident İlham Əliyevin rəqəmsal inkişafı prioritet kimi müəyyənləşdirməsi çərçivəsində həyata keçirilən tədbirlər, xidmətlərin vahid platformalarda birləşdirilməsi və qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi bu irəliləyiş üçün mühüm zəmin yaradıb. "mygov", "digital.bridge" və sənəd dövriyyəsinin elektronlaşdırılması həmin dəyişikliklərin praktik alətləridir.

İndi əsas vəzifə əldə olunan nəticəni hər bir insanın gündəlik rahatlığına çevirməkdir. Xidmətlər yaşlı vətəndaş üçün də, ucqar kənddə yaşayan insan üçün də sadə və əlçatan olmalıdır. Sistemlər bir-biri ilə əlaqəli işləməli, dövlətin artıq malik olduğu məlumat vətəndaşdan yenidən istənilməməlidir. Şəxsi məlumatların etibarlı qorunması da bu inkişafın ayrılmaz hissəsidir.

Gələcək mərhələdə dövlət xidmətləri vətəndaşın ehtiyaclarını qabaqcadan nəzərə alacaq. Məsələn, uşaq dünyaya gələndə ailəyə aid xidmətlər və mümkün sosial dəstək barədə məlumat avtomatik təqdim oluna bilər. Vətəndaş hansı quruma müraciət etməli olduğunu axtarmaq əvəzinə, ona lazım olan xidməti vaxtında ala biləcək", - T. Mirkişili qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 158   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Vyetnama səfərimin nəticələrindən çox məmnunam"

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilir:. "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam"

21.11.2026 199
.

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn

21.11.2026 193
.

Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb

Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl

21.11.2026 184
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 167
.

Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma

Bir tələbə universitetdən, kursa və ordan da evə qayıtmaq üçün gündəlik 3.60 manat, aylıq isə 160 manat gedişhaqqı xərcləyir. Bu isə tələbə üçün kiçik məbləğ hesab edilmir. xəbər verir ki, tələbələrin nəqliyyat xərclərinin azaldılması dünyanın müxtəlif yerlərində fərqli güzəştlər olunur. Məsələ ilə bağl

21.11.2026 143
.

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikd

21.11.2026 215
.

Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi

Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor

00:17 86
.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 110
.

Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir

Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n

21.11.2026 140
.