İranın radioloji hücum planı: Tramp hədəfdə ola bilər - AÇIQLAMA

İranın radioloji hücum planı: Tramp hədəfdə ola bilər - AÇIQLAMA"İsrail kəşfiyyatının ABŞ-yə İranın mümkün radioloji hücum planları ilə bağlı xəbərdarlıq etməsi beynəlxalq təhlükəsizlik gündəliyində kifayət qədər ciddi məsələdir. Xüsusilə, bu xəbərdarlıqda ABŞ Prezidenti Donald Trampın da mümkün hədəflər sırasında ola biləcəyi ehtimalının səsləndirilməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir.

Əlbəttə, burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, kəşfiyyat xəbərdarlığı hələ konkret hücum planının mövcudluğunun və ya onun həyata keçiriləcəyinin təsdiqi demək deyil. Ancaq belə bir ehtimalın ABŞ-nin təhlükəsizlik strukturları tərəfindən müzakirəyə çıxarılması özü-özlüyündə ciddi siqnaldır." Bu fikirləri BiG.AZ-a siyasi ekspert Bəhruz Quliyev deyib.

Eksper bildirib ki, məsələnin mahiyyətinə gəldikdə, çirkli bomba nüvə silahı deyil. Bu, adi partlayıcı vasitələrlə radioaktiv maddələrin ətrafa yayılmasını nəzərdə tutan təhlükəli silah növüdür. Belə bir hücumun əsas nəticəsi yalnız fiziki dağıntı deyil, həm də cəmiyyətdə böyük təşviş, radioaktiv çirklənmə və iqtisadi-sosial fəsadlar ola bilər.

"Hesab edirəm ki, bu hadisəyə ABŞ-İran qarşıdurmasının daha geniş geosiyasi kontekstində baxmaq lazımdır. Çünki tərəflər arasında hərbi və siyasi gərginliyin artdığı bir şəraitdə münaqişənin yeni müstəviyə keçməsi ehtimalı beynəlxalq təhlükəsizliyi ciddi şəkildə narahat edir.

Burada Donald Tramp amili də xüsusi diqqət çəkir. ABŞ Prezidentinin şəxsən hədəfə alınması ehtimalı ilə bağlı xəbərdarlıqlar Vaşinqtonun təhlükəsizlik yanaşmasına və İranla bağlı gələcək qərarlarına təsir göstərə bilər. Lakin belə həssas məsələlərdə təsdiqlənməmiş məlumatlar əsasında tələsik siyasi və hərbi nəticələrə gəlmək də düzgün olmazdı.

Digər tərəfdən, İsrailin bu məlumatları ABŞ ilə bölüşməsi onu göstərir ki, Vaşinqton və Təl-Əviv arasında təhlükəsizlik sahəsində koordinasiya xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu xəbərdarlıqların müstəqil şəkildə yoxlanılması da vacibdir.

Qeyd edək ki, baxmayaraq bir tərəfdən müharibənin dayandırılması ilə bağlı fikirlər səslənir, digər tərəfdən dünya yeni və daha təhlükəli qarşıdurma mərhələsi ilə üz-üzə qala bilər. ABŞ-İran münasibətlərində baş verəcək hər hansı ciddi eskalasiya yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Bunun enerji bazarlarına, beynəlxalq nəqliyyat marşrutlarına və qlobal siyasi sabitliyə də təsirləri olacaq.

Hesab edirəm ki, bu mərhələdə əsas prioritet təhlükəsizliyin təmin olunması, mümkün terror təhdidlərinin qarşısının alınması və diplomatik imkanların qorunub saxlanılmasıdır. Çünki müharibənin genişlənməsi heç bir halda regiona və bütövlükdə dünyaya sabitlik gətirməyəcək."- deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 181   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. xəbər verir ki, bu barədə Baş nazi

18.11.2026 449
.

Sabah leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal

15:37 239
.

"Valideynlərin təzyiqi ilə ailə qururlar"

Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloq Vüsalə Əmiraslanovanı

15:28 209
.

Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca

14:59 189
.

Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd

10:10 225
.

COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir

COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq

18.11.2026 413
.

COP31-in ən diqqətçəkən iştirakçısı - Rəqəmsal köməkçi fəaliyyətə başladı

Antalyada keçirilən COP31-də iştirakçıların minlərlə sənəd və məlumatı daha asan əldə edə bilməsi üçün süni intellekt dəstəkli "AskUNFCC" adlı rəqəmsal köməkçinin təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliy

14:13 184
.

Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salya

18.11.2026 542
.

Prezidentlə xanımı Vyetnama getdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetna

17:25 113
.