Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur ki, bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.
Təklif olunan sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 136 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAgentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd
04.11.2026 335 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 343 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf
04.11.2026 293 Bakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd
04.11.2026 341 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 159 Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
04.11.2026 345 Vestminster Sarayı fəlakətlə üz-üzədir
Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını
04.11.2026 343 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 337 ABŞ seçkilərinin nəticələri İranla sülh danışıqlarını aktuallaşdırır
ABŞ-da keçirilən seçkilərin nəticələri İranla sülh sazişinin əldə olunmasını ABŞ prezidenti Donald Tramp üçün daha da aktuallaşdırır. Lakin bu vəziyyət Tehran üçün prosesi asanlaşdırmır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, prosesin gələcə
10:25 173