Bu 4 əlaməti görməzdən gəlməyin
Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma ürək-damar xəstəlikləri ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizində dörd əsas risk faktorundan ən azı biri mövcud olub.
2025-ci ildə dərc edilən və ABŞ ilə Cənubi Koreyadan təxminən 9 milyon insanın məlumatlarını əhatə edən tədqiqatda ürək-damar xəstəliklərinə tutulan şəxslərin sağlamlıq tarixçələri araşdırılıb.
Məlum olub ki, yüksək qan təzyiqi, yüksək xolesterin, qan şəkərinin normadan artıq olması və tütün istifadəsi ürək-damar xəstəliklərinin əsas risk faktorlarıdır.
Araşdırmanın ən diqqətçəkən nəticəsi isə yüksək qan təzyiqi ilə bağlıdır. Belə ki, infarkt, insult və ya ürək çatışmazlığı keçirən insanların 93 faizində xəstəlikdən əvvəl yüksək təzyiq qeydə alınıb.
Alimlər bildirirlər ki, bu xəstəliklər əksər hallarda qəfil yaranmır. Onlardan əvvəl vaxtında aşkarlanması mümkün olan sağlamlıq problemləri mövcud olur.
350 mindən çox insanın iştirak etdiyi 51 klinik tədqiqatın nəticələrinin təhlili də qan təzyiqinə nəzarətin əhəmiyyətini təsdiqləyib.
Nəticələrə görə, yuxarı qan təzyiqinin hər 5 mmHg azalması müalicənin ilk ilində insult, ürək-damar xəstəlikləri və ürək çatışmazlığı riskinin təxminən 12 faiz azalması ilə əlaqəlidir.
Tədqiqatçılar həmçinin xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Xüsusilə pis xolesterin kimi tanınan LDL səviyyəsinin aşağı salınması infarkt və insult riskini azaltmağa kömək edir.
Araşdırmada qeyd olunan digər mühüm risk faktoru tütün istifadəsidir. Siqaret yalnız infarkt və insult deyil, həm də ürək çatışmazlığı riskini artırır.
Alimlərin sözlərinə görə, siqareti tərgitmək hətta yaşlı insanlarda belə sağlamlığa müsbət təsir göstərir. Siqaretdən imtina etdikdən sonra zaman keçdikcə ürək-damar xəstəlikləri riski də azalır.
Mütəxəssislər ürək-damar xəstəliklərindən qorunmaq üçün qan təzyiqinin, xolesterin və şəkər səviyyəsinin müntəzəm yoxlanılmasını, siqaretdən uzaq durulmasını və mövcud sağlamlıq problemlərinin vaxtında müalicəsini tövsiyə edirlər.
Araşdırmanın nəticələri bir daha göstərir ki, infarkt və insult riskini azaltmağın ən effektiv yollarından biri xəstəlik yaranmadan əvvəl təhlükəli amilləri müəyyənləşdirmək və nəzarətdə saxlamaqdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 Əncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 "Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465