"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb

"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold" QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi dövlətin təhsil siyasətinə və regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək göstərməkdir. Layihə uzunmüddətli perspektivdə regionda ixtisaslı kadrların yetişdirilməsini, o cümlədən dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanmasını hədəfləyir.

Layihə çərçivəsində 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən "BANİ Seminariyası" ilə əməkdaşlıq edilir. Mərkəzin peşəkar pedaqoji heyətlə təminatı, tədrisin təşkili və idarə olunması tərəfdaş tərəfindən həyata keçirilir. Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.

"AzerGold" QSC tərəfindən mərkəzin yerləşdiyi bina əsaslı təmir edilərək müasir tədris tələblərinə uyğunlaşdırılıb, zəruri avadanlıq və inventarla təmin olunub. Mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təminatı, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək şagirdin gediş-gəlişi Cəmiyyət tərəfindən maliyyələşdirilir.

216 şagird üçün nəzərdə tutulan mərkəzdə hazırda diaqnostik imtahanların nəticələrinə əsasən seçilmiş VII-X siniflərdən 108 məktəbli ödənişsiz hazırlıq kurslarına cəlb olunub. Dərslər məktəbdənkənar vaxtlarda xüsusi proqram əsasında keçirilir.

Layihə regionda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda 23 nəfər işlə təmin olunub. Müəllimlər bilik və bacarıqları qiymətləndirilərək sertifikatlaşdırıldıqdan sonra işə qəbul ediliblər. Ümumilikdə, layihə çərçivəsində 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, "AzerGold" QSC fəaliyyət göstərdiyi regionlarda təhsilin dəstəklənməsi və insan kapitalının inkişafı istiqamətində ardıcıl sosial layihələr həyata keçirir. Bu sıraya "Gələcəyin mədənçisi" layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, eləcə də məktəblilərin mütaliə vərdişlərinin inkişafına yönəlmiş təşəbbüslər daxildir.

"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb"AzerGold"un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 88   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.