"Taliban" qadın adlarını da qadağan etdi - "Keçi", "inək" deyə çağırırlar

"Taliban" qadın adlarını da qadağan etdi - "Keçi", "inək" deyə çağırırlarƏfqanıstanda hakimiyyətdə olan "Taliban" rejimi Bəlx əyalətində rəsmi sənədlərdə qadın adlarının istifadəsini qadağan edib.

"Qafqazinfo" xəbər verir ki, Britaniyanın "The Guardian" və Əfqanıstanın "Zan Times" nəşrlərinin araşdırmasına görə, dövlət məmurlarına və xəstəxana işçilərinə qadınların əsl adlarını qeyd etməmək tapşırılıb.

Qadağa hətta həkim reseptlərini və xəstəlik tarixçələrini də əhatə edir. Rəsmi qurumlarda məmurlara qadınlara "bibi" (nənə) kimi müraciət etmək göstərişi verilsə də, bəzi hallarda onlara "keçi" və "inək" kimi alçaldıcı ifadələrlə müraciət edildiyi bildirilir.

Qadın hüquqları müdafiəçiləri bu addımı qadınları ictimai həyatdan tamamilə silmək siyasətinin tərkib hissəsi sayırlar. Əfqan fəal Lalə Osmani qadınlara heyvan adlarının verilməsini "insanlıqdan kənarlaşdırma prosesi" adlandırıb. ABŞ-də fəaliyyət göstərən "Femena" təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə qadağanın tezliklə bütün ölkəyə yayıla biləcəyi barədə xəbərdarlıq edib.

2017-ci ildə başladılan "Adım haradadır?" kampaniyası sayəsində 2020-ci ildə anaların adlarının uşaqların doğum haqqında şəhadətnamələrinə yazılmasına icazə verilsə də, "Taliban" hakimiyyətə gəldikdən sonra bu qaydanı ləğv edib. Hazırda boşanan qadınlar rəsmi sənədlərdə adları olmadığı üçün öz övladlarının anası olduqlarını sübut etməkdə ciddi çətinlik çəkirlər.

Məqalədə yer alan faktlardan birində isə əfqan gənc evdə heç vaxt əsl adı çəkilmədiyi üçün anasının adını ömrü boyu bilmədiyini və bunu yalnız qadın vəfat etdikdən sonra öyrəndiyini danışıb.

Qeyd edək ki, 2021-ci ildə hakimiyyəti ələ keçirən "Taliban" indiyədək qızların 12 yaşından sonra təhsil almasını, qadınların əksər peşələrdə çalışmasını və ictimai yerlərdə danışmasını qadağan edən 144-dən çox fərman verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 153   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.