Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləriMüasir beynəlxalq münasibətlər sistemində Qlobal Cənub ölkələrinin siyasi və iqtisadi çəkisinin artması dünya siyasətinin əsas tendensiyalarından biridir. Asiya, Afrika, Latın Amerikası və Okeaniyanın inkişaf etməkdə olan dövlətlərini əhatə edən bu anlayış vahid siyasi təşkilatı deyil, müxtəlif maraqlara və inkişaf səviyyələrinə malik ölkələr qrupunu ifadə edir. Bu dövlətlər üçün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, texnologiyalara çıxış, iqlim dəyişmələri ilə mübarizə və beynəlxalq qərarların qəbulunda daha fəal iştirak mühüm əhəmiyyət daşıyır.
Son dövrlərdə Kamboca və Laos prezidentlərinin Azərbaycana səfərləri, eləcə də oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulması Azərbaycanın Qlobal Cənub ölkələri ilə əməkdaşlığını bir daha diqqət mərkəzinə gətirir. Azərbaycanın bu ölkələrlə əməkdaşlığı xarici siyasətin əsas istiqamətlərindən olan çoxtərəfli diplomatiyanın inkişafı, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlə sıx bağlıdır. Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi, 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi və 2025-ci ildə Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi bu istiqamətdə diqqətəlayiq hadisələrdir.
Azərbaycanın Qlobal Cənub ölkələri ilə siyasi əməkdaşlığının əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli dialoqun genişləndirilməsidir. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq gündəlikdə daha geniş təmsil olunmasına, çoxtərəfli diplomatiyanın inkişafına və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə xüsusi diqqət yetirib. Bu əməkdaşlığın davam etdirilməsi üçün BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar əhəmiyyətli imkanlar yaradır. Azərbaycan üçün belə platformalarda iştirak həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də beynəlxalq məsələlər üzrə tərəfdaşlarla ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ilə Qlobal Cənub ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətin artırılması və qeyri-neft sektorunun ixrac imkanlarının inkişaf etdirilməsidir. Azərbaycan kənd təsərrüfatı məhsullarının, emal olunmuş ərzaq məhsullarının, kimya sənayesi məhsullarının və digər qeyri-neft mallarının Asiya, Afrika və Latın Amerikası bazarlarına çıxarılması imkanlarını genişləndirə bilər. Azərbaycan şirkətlərinin Qlobal Cənub ölkələrində kənd təsərrüfatı, logistika, tikinti, enerji və sənaye layihələrində iştirakı, eyni zamanda, həmin ölkələrdən Azərbaycana investisiyaların cəlb edilməsi də geniş perspektivlər vəd edir.
Tərəfdaş ölkələrlə birgə istehsal müəssisələrinin yaradılması yalnız hazır məhsulların satışını deyil, həm də yerli istehsal imkanlarının genişləndirilməsini, peşə bacarıqlarının artırılmasını və texniki biliklərin inkişafını dəstəkləyə bilər.
Enerji Azərbaycanın Qlobal Cənub ölkələri ilə iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm sahələrdən biridir. Ölkənin neft və təbii qaz ehtiyatları enerji təchizatı, enerji infrastrukturuna investisiyaların cəlb edilməsi və enerji keçidi ilə bağlı layihələr üzrə əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi Asiya ilə Avropa arasında yükdaşımalar və tranzit əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz, Xəzər dənizi üzərindən daşımalar, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu ölkənin beynəlxalq nəqliyyat sistemindəki rolunu genişləndirmək üçün imkanlar yaradır. Qlobal Cənub ölkələri ilə bu sahədə əməkdaşlıq bir neçə istiqamətdə inkişaf etdirilə bilər. Asiya ölkələrindən gələn yüklərin Azərbaycan üzərindən daşınması, liman və logistika xidmətlərinin genişləndirilməsi, anbar infrastrukturunun inkişafı, gömrük prosedurlarının rəqəmsallaşdırılması və nəqliyyat şirkətləri arasında tərəfdaşlığın gücləndirilməsi yükdaşımaların həcminin artırılmasına töhfə verə bilər.
Azərbaycan ilə Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri çoxtərəfli diplomatiya, ticarətin şaxələndirilməsi, enerji və yaşıl texnologiyalar, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və beynəlxalq inkişaf əməkdaşlığı sahələrində cəmləşir.
Bu baxımdan oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Görüş zamanı "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub.
Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında əminliyini bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. "Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: "Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq".
Gələcək mərhələdə Azərbaycan üçün əsas istiqamətlərdən biri Qlobal Cənub ölkələri ilə münasibətləri enerji ixracı ilə məhdudlaşmayan, daha geniş sahələri əhatə edən tərəfdaşlıq modelinə çevirməkdir. Bu model qarşılıqlı ticarətin artırılmasını, qeyri-neft məhsullarının ixracının genişləndirilməsini, birgə istehsal müəssisələrinin yaradılmasını, texnologiyaların transferini və inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tuta bilər. Beləliklə, əməkdaşlığın perspektivləri siyasi dialoqun davamlılığı ilə yanaşı, ölçülə bilən iqtisadi nəticələrə və qarşılıqlı faydaya əsaslanmalıdır.

Tufan Məmmədov - iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 115   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

11:52 121
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 297
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

13.10.2026 335
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 187
.

Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."

Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilə

13.10.2026 364
.

Bakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar

"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını

11:43 101
.

Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat -ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiy

10:42 148
.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

10:26 139
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 104
.