"Vahid məktəbli forması bərabər başlanğıcın təməli olmalıdır"

"Vahid məktəbli forması bərabər başlanğıcın təməli olmalıdır"Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir.

Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. Geyim qaydalarına əməl etmək şagirdlərdə məsuliyyət, özünənəzarət və ictimai məkanda qəbul olunmuş normalara münasibət kimi keyfiyyətlərin formalaşmasına kömək edə bilər. Eyni zamanda, məktəb rəhbərliyinin bu qaydaları aydın şəkildə izah etməsi vacibdir. Tələblər anlaşılmaz və ya həddindən artıq sərt olduqda onların tərbiyəvi əhəmiyyəti zəifləyə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Nizami Goncavi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzra falsafo doktoru, dosent Aygün Bağırlı bildirib ki, orta ümumtəhsil məktəblərində vahid geyim qaydalarının qorunması daxili nizam-intizamın möhkəmlənməsinə xidmət edən addımdır:

"Bunu bir məhdudiyyət kimi deyil, modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisi kimi qəbul etmək lazımdır. Yetkinlik yaşına çatan hər kəs öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirə bilər. Lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalıdır. Məktəbli partası arxasında hər hansı açıq saçıqlıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərinin istifadəsi qəbul edilmir. Vahid məktəbli forması məhz bu bərabər başlanğıcın təməli olmalı, valideynin sosial imkanlarını, dünyagörüşünü sərgiləməməlidir. Şagird zəkası, elmi marağı və fərdi istedad və bacarıqları ilə dəyər qazanmalıdır. Düşünürəm ki, həm valideynlərlə, həm şagirdlərlə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması labüddür".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 904   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün çips yeyənlərə XƏBƏRDARLIQ

Kartof çipsləri sağlamlıq üçün düşünüldüyündən daha ciddi risklər yarada bilər. Bu məşhur qəlyanaltı yüksək duz və yağ tərkibi ilə yanaşı, diş çürüməsi riskini artıra və potensial kanserogen təsiri araşdırılan akrilamid adlı maddənin mənbəyi ola bilər. xəbər verir ki, dietoloqlar çipslərin tez-tez istehlakını

24.11.2026 331
.

"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama

Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl -a açıqlam

24.11.2026 755
.

İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto

Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar

24.11.2026 344
.

Kəlbəcərin dirçəlişi: tarixi torpaqlarda yeni inkişaf mərhələsi və Böyük Qayıdışın strateji hədəfləri

Kəlbəcərin yenidən qurulması Azərbaycanın müasir tarixində dövlətçilik iradəsinin, milli həmrəyliyin və iqtisadi inkişaf strategiyasının ən mühüm təzahürlərindən biridir. Uzun illər işğalın ağır nəticələrini yaşamış bu qədim diyar bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Dağıdılmış yaşayış məntəqələrini

14:31 95
.

Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi

Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin

12:04 161
.

Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır

Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd

15:17 17
.

Baş nazir sərxoş olduğu üçün G7 sammitinə qatılmadı

Yaponiyanın Baş naziri Sanae Takaiçinin spirtli içkinin təsiri altında olduğu üçün G7 sammitinə qatılmadığı iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Shukan Gendai" jurnalı hakim Liberal Demokrat Partiyasının nümayəndələrinə istinadən məlumat yayıb. İddiay

24.11.2026 341
.

ABŞ "Nvidia" şirkətindən səhm payı ala bilər

ABŞ hökuməti texnologiya şirkəti "Nvidia"da pay sahibi ola bilər. ABŞ Prezidenti Donald Tramp bu ehtimalı irəli sürüb. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Tramp "Nvidia"nın süni intellekt (Sİ) sahəsindəki texnoloji inkişaflarının ABŞ üçün əhəmiyyətin

11:02 167
.

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind

24.11.2026 407
.