Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək

Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcəkAvropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbələri iki gün ərzində Ukraynanın 80-dən çox dinc sakininin həyatına son qoyub.

"Rusiya dizel yanacağı ilə bağlı sanksiyaların dayandırılması Moskvanı müharibə aparmaq üçün əlavə gəlirlərlə təmin edəcək. İndi Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp məlumat vermişdi ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına görə, Rusiyanın dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükü barədə razılıq əldə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 350
.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11:22 161
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

00:38 284
.

Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı

Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu

13:20 97
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 367
.

"Vahid məktəbli forması bərabər başlanğıcın təməli olmalıdır"

Təhsil müəssisəsinin özünəməxsus qaydaları və ənənələri olur. Bu ənənələrdən biri də şagirdlərin müəyyən edilmiş geyim standartına əməl etməsidir. Vahid məktəbli forması məktəbə məxsusluq hissini gücləndirir və uşaqlara təhsil mühitində müəyyən davranış normalarının mövcud olduğunu xatırladır. Geyi

13:03 137
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10.10.2026 210
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

14:42 0
.

Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelin

12:40 130
.