Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı sualını cavablandırarkən danışıb.
Baş nazir qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı dövrdə ölkəyə qarşı çoxsaylı tənqidlər səsləndirilib. O, hazırkı vəziyyətin Tbilisinin həmin vaxt qəbul etdiyi qərarın düzgün olduğunu göstərdiyini iddia edib.
"Bir daha aydın oldu ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız zaman tamamilə rasional və praqmatik, düzgün və alternativsiz qərar vermişik", - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 214 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 214 Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
00:13 241 Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb
2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay
10.10.2026 192 Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10.10.2026 180 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 451 İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL
"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind
13:35 0 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny
11:45 130 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10:30 170