Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi
"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi mühərriklərin və enerji təchizatı sistemlərinin konstruksiyası ilə bağlıdır.
"İstənilən daxiliyanma mühərrikinin işləməsi üçün böyük həcmdə hava lazımdır. Mühərrikin hava giriş sistemi, əsasən, kapotun altında yerləşir. Hətta az miqdarda suyun bu sistemə daxil olması belə ciddi zədələrə səbəb ola bilər.
Elektromobillərin quruluşu fərqlidir və onların sudan qorunmasını konstruktiv baxımdan təmin etmək daha asandır.
Hər şey qoruyucu örtüklərin, araqatların və kabel kanallarının zədələnib-zədələnməməsindən asılıdır. Əgər avtomobil əvvəllər sökülməyibsə, yol-nəqliyyat hadisəsinə düşməyibsə və zədələnməyibsə, müəyyən dərinlikdəki su maneəsindən keçmək ciddi nasazlığa səbəb olmaya bilər", - deyə ekspert bildirib.
Bununla yanaşı, mütəxəssis tövsiyə edib ki, dərin su maneəsindən keçdikdən sonra mühərrikin növündən asılı olmayaraq, suya məruz qalmış birləşmələr qurudulsun və onların hermetikliyi yoxlanılsın.
"Lakin elektromobil zədələnibsə, qəzaya düşübsə və ya qeyri-peşəkar şəkildə sökülübsə, akkumulyator blokuna, elektrik mühərriklərinin naqillərinə və digər hissələrə suyun daxil olması bahalı komponentləri qısa müddətdə sıradan çıxara bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 488 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas
16.11.2026 466 250 milyon ildən sonra Yer fərqli görünəcək - Alimlər dörd ssenari irəli sürür
Təxminən 250 milyon il sonra Yer kürəsinin indiki xəritəsi tamamilə dəyişə bilər. Qitələrin hərəkəti nəticəsində Atlantik okeanı yox ola, bütün materiklər isə yenidən birləşərək nəhəng superqitə yarada bilər. BİG.AZ xəbər verir ki, bu barədə "Ilmessaggero" nəşri geoloqların araşdırmaların
18.11.2026 191 "Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15.11.2026 307 Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı
Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus
14.11.2026 391 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 426 Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
13.11.2026 944 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 486 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15.11.2026 305 Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15.11.2026 309