Colinin malikanəsini Madonna alıb?

Colinin malikanəsini Madonna alıb?Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonna­nın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMillə məxsus olmuş, təxminən iki akr ərazini əhatə edən mülkünü 24,75 milyon dollara satıb. Sözügedən satış barədə ilk olaraq "TMZ" yazıb.

Colinin əmlak agenti satışla bağlı yayılan iddiaları təkzib edib. O, alıcının kimliyini açıqlamasa da, onun Madonna olmadığını bildirib.

"Bu, doğru deyil. Bəzi media nümayəndələrinin nə yazacaqlarını bilmədən hərəkət etmələrini izləmək gülməlidir. Onlar alıcının adını öyrənməyə çalışırlar. Lakin alıcının şəxsi həyatını qorumaq üçün məxfilik müqaviləsi imzaladıqda heç nə demir və heç bir ipucu vermirik. İpucu olmadıqda isə həqiqətə uyğun olmayan məlumatlar uydururlar" deyə, agent Karvell bildirib.

O, həmçinin qeyd edib ki, evə sadəcə məşhurun mülkünü görmək üçün maraq göstərən şəxslərlə real alıcıları ayırd etmək məqsədilə potensial alıcılar yoxlanılıb.

Qeyd edək ki, daha əvvəl Madonnanın malikanə ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. "New York Post" nəşrinin məlumatına görə, müğənni üçün hətta evə virtual tur da təşkil olunub.

Ancelina Coli malikanəsini may ayında satışa çıxarıb. Aktrisanın qərarının səbəbi kimi kiçik əkiz övladlarının yetkinlik yaşına çatmasından sonra Los-Ancelesi tərk etmək istəyi göstərilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 555   Tarix: 10 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu seriala çəkiləcək

Türkiyəli aktyor Ferit Kayanın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Mükemmel anneler" serialında rol alacaq. O, "Ali" obrazını ifa edəcək. Qeyd edək ki, Ferit son olaraq "Aşk ve taht", "Uzak şehir" kimi seriallarda çəkilib

22.11.2026 438
.

11 saat qaranlıq qutuda qaldı

Türkiyəli model və aparıcı Çağla Şıkel 11 saat qaranlıq otaqda tək qaldığı təcrübədən danışıb. Axşam.az xəbər verir ki, "Qəlbin gözünü açmaq" məqsədilə təşkil olunan xüsusi inzivaya qatılan Şıkel bu təcrübəni uzun müddət özü ilə baş-başa qalmağa ehtiyac duyduğu üçün yaşamaq istədiyini bildirib

14.11.2026 471
.

CeyLo gecəyə 10 milyonluq zinət əşyası ilə qatıldı

Dünyaca məşhur müğənni Cennifer Lopez Los-Ancelesdə "The JLo Show: Live in Las Vegas" filminin premyerasına qatılıb. Axşam.az xəbər verir ki, 57 yaşlı sənətçi tədbir üçün "Dolce & Gabbana" brendindən libas seçib. O, obrazını xəz detallı, atlaz plaşla tamamlayıb. Gecənin ən diqqətçəkə

20.11.2026 598
.

"Nə qədər sınaq olsa da, mütləq bir-birimizi tapacağıq"

"İnanıram ki, bizim də vaxtımız gələcək". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə paylaşımında yazıb. Sənətçi süni intellektlə hazırlanan videosunu yayımlayaraq, sevgi ilə bağlı romantik fikirlərini bölüşüb:. " Nə qədər yol, məsafə və sınaq olsa da, biz bu böyük dünyad

21.11.2026 344
.

Kanye Uest məhkəməyə verildi

Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbu

15.11.2026 449
.

UNICEF: Ukraynada müharibədə uşaqlar arasında itkilər son 4 ilin ən yüksək səviyyəsinə çatıb

2026-cı ilin ilk 10 ayında Ukraynada azı 114 uşaq həlak olub, 1 030 uşaq yaralanıb. Beləliklə, ilin əvvəlindən oktyabrın sonunadək müharibə nəticəsində zərər çəkən uşaqların sayı 1 144-ə çatıb. Bu barədə "Reuters" BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına istinadən xəbər yayıb. UNICEF-in məlumatın

20.11.2026 520
.

Məşhurların Yeni il gecəsi səhnə qiymətləri

Məşhur müğənnilərin Yeni il gecəsi üçün səhnə qonorarları bəlli olub. 2027-ci ili səhnədə qarşılamağa hazırlaşan sənətçilərin alacağı məbləğ heyrət doğurub. bunu Türkiyə mediasına istinadən xəbər verib. Kiprdən İstanbula, Antalyadan Afyonkarahisara qədər müxtəlif şəhərlərdə konsert verəcək müğənniləri

14.11.2026 541
.

"Mənim üçün "Lider" öldü"

Türkiyəli aktyor Murat Aygen "Kızılcık şerbeti" serialından ayrılma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor canlandırdığı "Lider" obrazının hekayəsinin fərqli istiqamətə yönələcəyi təqdirdə serialdan ayrılacağını əvvəlcədən söylədiyini qeyd edib:. "Çox seçici davranıram

14.11.2026 535
.

"Əvvəl alma-çörək yeyirdim, indi kürü..."

Müğənni Nadir Qafarzadə son vaxtlar özünü yaxşı hiss etmədiyini, ətrafındakı insanların münasibətlərindən və həyatın dəyişməsindən yorulduğunu etiraf edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə aparıcı Lamiya Ələkbərovanın "Ulduzla danış" proqramında danışıb. N.Qafarzadə bildirib ki, bəzə

16.11.2026 789
.