Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"
"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir".
BiG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması ilə yanaşı, gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər və vətəndaşlıq məsuliyyəti üzərində qurulması da mühüm əhəmiyyət daşıyır.
R.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Onun sözlərinə görə, Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla davam etdirilir.
Komitə sədri vurğulayıb ki, milli-mənəvi tərbiyə insan kapitalının formalaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və gənclərin qərarvermə qabiliyyətinin inkişafı baxımından da vacibdir.
O bildirib ki, məqsəd öz tarixini yalnız bilən deyil, həm də anlayan, milli kimliyini dərk edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşlar yetişdirməkdir.
R.Məmmədov ailə və təhsillə yanaşı, informasiya məkanının da gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, internet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib.
Komitə sədri bildirib ki, informasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına zəmanət vermir. Onun sözlərinə görə, gənclər doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı fərqləndirməyi bacarmalıdırlar.
R.Məmmədov dini dəyərlərin insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməli olduğunu vurğulayıb. O, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət olmadığını qeyd edib.
Komitə sədri Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın daha sistemli qurulmasının vacibliyini də diqqətə çatdırıb. O, birgə maarifləndirici proqramların, sosial media məzmunlarının və dini, eləcə də media savadlılığını artıran təlimlərin həyata keçirilməsini təklif edib.
R.Məmmədov əlavə edib ki, görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri də yaradıla bilər. Onun sözlərinə görə, əsas məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli və dövlətçilik məsuliyyətini dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə verməkdir.
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 121 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağın özünə inamını artıran 5 ifadə
Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı
08.10.2026 277 Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
10:14 125 Moldova Silahlı Qüvvələrin sayını artırır
Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy
08.10.2026 215 Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 91 Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video
Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama
08.10.2026 1088 Fərid Qayıbov: "Gənclərimiz beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir"
"Biz müxtəlif sahələrdə yeni qələbələrin şahidi oluruq. Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var". BİG.AZ xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zaman
10:47 61 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 449 Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır
Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra
08.10.2026 257 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 346