Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvəGünortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur.

BiG.AZ xəbər verir ki, bu barədə "Verywell Health" yazıb.

Banan

İlk növbədə diqqət yetirilməsi tövsiyə olunan meyvə banandır. Bir bananda təxminən 113 kalori, 26,4 qram karbohidrat və 2 qrama yaxın lif var. Banan kaliumla zəngin olması ilə tanınır, lakin tərkibindəki karbohidratlar onu sürətli qəlyanaltı üçün də əlverişli edir.

Filadelfiyalı diyetoloq Steysi Vudsonun sözlərinə görə, banandakı sadə şəkərlər - fruktoza və qlükoza - orqanizm üçün sürətli enerji mənbəyidir.

Lif isə həzmi ləngidir. Bunun sayəsində enerji tədricən ayrılır və şirin qidadan sonra qanda şəkərin kəskin azalması riski aşağı düşür. "Foods" elmi jurnalında dərc olunan icmala görə, həll olunan lif qidadan sonra qanda şəkərin səviyyəsinin nə qədər sürətlə yüksəlməsinə təsir göstərir.

Bananı fıstıq yağı ilə birlikdə qəbul etdikdə onun enerji verən təsiri daha uzunmüddətli ola bilər. Bir xörək qaşığı fıstıq yağında təxminən 8 qram yağ, əsasən faydalı doymamış yağlar, həmçinin 3,84 qram zülal var.

Mütəxəssis bildirib ki, belə kombinasiya həzmi daha da ləngidir, bəzi qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır və daha uzun müddət toxluq hissinin qorunmasına kömək edir.

Alma

Orta ölçülü Fuji almasının tərkibində 91 kalori, 21,8 qram karbohidrat və təxminən 3 qram lif var. Bu, banandakı lif miqdarından belə çoxdur. Bundan əlavə, almada su, C vitamini, dəmir və bitki mənşəli antioksidantlar mövcuddur.

Dietoloqun sözlərinə görə, almadakı lif orqanizmin şəkəri nə qədər sürətlə emal etdiyini tənzimləyir və daha sabit, uzunmüddətli enerji təmin edir.

Alma şirəsində isə vəziyyət fərqlidir: tərkibində şəkər olsa da, onun təsirini ləngidəcək lif yoxdur. Buna görə şirə qanda şəkərin daha sürətlə yüksəlməsinə və ardınca azalmasına səbəb ola bilər.

Almanı keşyu və ya fıstıq yağı ilə birlikdə qəbul etmək də tövsiyə olunur. Bu, toxluq hissinin daha uzun davam etməsinə kömək edə bilər.

Portağal

Bir portağalda təxminən 73 kalori, 16,5 qram karbohidrat və 2,8 qram lif var. Meyvə həmçinin C vitamini, kalsium və fosforla zəngindir.

Mütəxəssis qeyd edib ki, portağalı özünüzlə aparmaq rahatdır, hazırlanmasına demək olar ki, ehtiyac yoxdur və enerji ilə yanaşı, lif və digər faydalı qida maddələri də təmin edir.

Portağala yarım stəkan (110 qram) yağlı kəsmik əlavə etmək olar. Bu zaman qəlyanaltıya əlavə olaraq təxminən 14 qram zülal və 4,5 qram yağ daxil olur.

Xurma

Şəkər və lif miqdarına görə az sayda meyvə xurma ilə müqayisə oluna bilər. Dörd ədəd "Medjool" xurmasında 277 kalori, 75 qram karbohidrat və 6,7 qram lif var.

Bu lifin 16 faizə qədəri həll olunandır. Bağırsaqlarda gelə çevrilən bu lif həzmi ləngidir. Xurma kalium və maqneziumla zəngindir, həmçinin dəmir, sink və fosfor ehtiva edir.

Araşdırmalara görə, xurmanın tərkibində keyfiyyətli zülal da var və onun doqquz əvəzolunmaz amin turşusundan səkkizi mövcuddur.

Qurudulmuş manqo

Yarım stəkan şəkərsiz qurudulmuş manqoda 130 kalori, 29 qram karbohidrat və 2 qram lif var. Dietoloqun sözlərinə görə, bu məhsul həm sürətli, həm də daha uzunmüddətli enerji təmin edə bilər. Əlavə şəkərli qazlı içkilər və qəlyanaltılarla müqayisədə burada enerjinin kəskin azalması riski daha aşağıdır.

Manqo A və C vitaminləri, maqnezium, kalium və manqiferin, polifenollar, karotinoidlər və flavonoidlər kimi faydalı bitki birləşmələri ilə də zəngindir.

Yaxşı əlavə olaraq bir ovuc keşyu, yəni təxminən 28 qram, qəbul edilə bilər. Bu miqdarda təxminən 4 qram zülal və 13,5 qram yağ var.

Meyvələrdəki karbohidratlardan qorxmaq lazımdır?

Keto və paleo kimi bir sıra pəhrizlər meyvələrin məhdudlaşdırılmasını tövsiyə edir. Lakin diyetoloq bununla razılaşmır.

"Mütləqyyən yox. Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyidir", deyə o bildirib.

Onun sözlərinə görə, meyvələr karbohidratların ən qidalı mənbələrindən biridir.

"Meyvələrin təbii şəkərləri vitaminlər, minerallar, su və liflə birlikdə olduğundan, onlar orqanizm üçün qidalı enerji mənbəyidir", deyə mütəxəssis izah edib.

Karbohidrat və əlavə şəkər miqdarı yüksək, lakin lif baxımından kasad olan məhsullarda isə vəziyyət fərqlidir. Makaron, un məmulatları və ağ çörək qanda şəkərin səviyyəsinin kəskin yüksəlib daha sonra sürətlə azalmasına daha çox səbəb ola bilər. (Qaynarinfo.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 976   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22.11.2026 184
.

Norveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq

Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib

22.11.2026 187
.

Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. -ın məlumatına görə, polisin keçirdiyi tədbirlər nəticəsində 30 yaşlı N.Mustafayevə və 32 yaşlı C.Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb. Qey

22.11.2026 182
.

Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib

ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər

22.11.2026 192
.

Braziliyada qadın 33 illik köləlikdən azad edildi

Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər

22.11.2026 202
.

Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib. "Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizli

22.11.2026 123
.

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək

22.11.2026 193
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22.11.2026 191
.

"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi ciddi problemlər səbəbindən İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə P.Bülbüloğlu Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı yutub kanalına müsahibəsində danışıb

22.11.2026 212
.