Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib.
"Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığı başlayıb.
Kabil sakinlərinin yalnız beşdə biri boru kəməri ilə suya çıxış imkanına malikdir, əhalinin 80 faizi isə yeraltı sulardan və dərin quyulardan asılıdır.
Son 10 ildə şəhərdə yeraltı su səviyyəsi təxminən 30 metr azalıb. Su quyularının, demək olar ki, yarısının quruduğu, ildə 1,55 milyard kub futdan çox su çatışmazlığı yarandığı bildirilir.
2001-ci ildə 1 milyondan az olan Kabilin əhalisi hazırda 6 milyona çatıb. Əhalinin artımına xaricdən qayıdan əfqanlar, İran və Pakistandan deportasiya edilənlər və kəndlərdən şəhərə miqrasiya təsir göstərib.
Əfqanıstan Su və Ətraf Mühit Mütəxəssisləri Şəbəkəsinin tədqiqatçısı Nəcibullah Sədid vəziyyəti "su iflası" kimi qiymətləndirib. BMT Universitetinin professoru Mohd Faizee isə şəhərin humanitar fəlakətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Əfqanıstanda altı ildir davam edən quraqlıq su böhranını dərinləşdirir. BMT-nin məlumatına görə, ölkədə qar örtüyü 25 ilin ən aşağı səviyyəsinə düşüb.
Kabildə yeraltı suların 80 faizə qədəri kanalizasiya kimi çirkləndiricilərlə bağlı risk daşıyır. Boru suyuna çıxışı olmayan sakinlər əl nasoslarından və su tankerlərindən istifadə edirlər. Yoxsul ailələr gəlirlərinin 30 faizinə qədərini suya xərcləyirlər.
"Taliban"ın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra beynəlxalq yardımın azalması böhranın həlli istiqamətində işləri çətinləşdirib.
2 milyon insanı su ilə təmin etməsi planlaşdırılan Şahtut bəndinin layihəsi dayanıb. Pəncşir çayından Kabilə su gətirilməsini nəzərdə tutan 124 mil uzunluğundakı boru kəməri isə hələ texniki-iqtisadi əsaslandırma mərhələsindədir.
Əfqanıstan hökuməti yeni bəndlər və yeraltı suların bərpası ilə bağlı layihələr üzərində işlədiyini açıqlayıb. Ekspertlər isə vəziyyətin təcili və genişmiqyaslı tədbirlər tələb etdiyini bildirirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 125 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü
Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs
08.10.2026 192 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
08.10.2026 213 Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin
Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla
08.10.2026 214 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 136 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi
08.10.2026 154 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
08.10.2026 540 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 174 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 159 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
08.10.2026 255