"Yeraltı sərvətlər iqtisadi dəyərə çevrilir" - AÇIQLAMA
Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafını yeni mərhələyə çıxarmağa hazırlaşır. 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması qarşıya əsas hədəflərdən biri kimi qoyulur. Sənayenin bu istiqamətdə inkişafı yalnız hasilat və istehsal göstəricilərinə deyil, regionlarda yeni iş yerlərinin yaradılmasına, ixtisaslı kadrlara tələbatın artmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə də təsir göstərə bilər.
"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçirdiyi müşavirə ölkəmizin sənaye siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə, 2027-2030-cu illəri əhatə edəcək dağ-mədən sahəsində dövlət proqramının hazırlanması və qəbul edilməsi bu istiqamətdə görüləcək işlərin sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bu proqram çərçivəsində əsas hədəflərdən biri ölkənin mövcud mineral-xammal ehtiyatlarından daha səmərəli istifadə etməklə müasir dağ-mədən və metallurgiya sənayesinin formalaşdırılmasıdır. Burada söhbət təkcə hasilatdan getmir. Əsas məqsəd xammalın ölkə daxilində emalının genişləndirilməsi, əlavə dəyər yaradan istehsal zəncirinin qurulması və müasir texnologiyaların tətbiqidir.
Təbii ki, bunun ən mühüm nəticələrindən biri yeni iş yerlərinin yaradılması olacaq. Xüsusilə regionlarda müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması məşğulluğun artmasına, əhalinin gəlirlərinin yüksəlməsinə və həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təsir göstərə bilər.
"Eyni zamanda, dağ-mədən və metallurgiya sənayesinin inkişafı mühəndis, geoloq, texnoloq və digər ixtisaslı kadrlara tələbatı artıracaq. Bu isə peşə təhsili ilə real sənaye tələbatının daha sıx əlaqələndirilməsinə və gənclər üçün yeni karyera imkanlarının yaranmasına şərait yaradacaq.
Hesab edirəm ki, 2027-2030-cu illər üçün dövlət proqramının qəbul edilməsi bu sahədə təsadüfi və ayrı-ayrı layihələrdən daha çox, vahid strateji yanaşmanın formalaşmasına imkan verəcək. Azərbaycanın məqsədi yalnız yeraltı sərvətləri hasil etmək deyil, həmin sərvətləri müasir texnologiyalar əsasında iqtisadi dəyərə çevirmək olmalıdır.
Bu baxımdan Prezident İlham Əliyevin müşavirədə müəyyən etdiyi istiqamətlər həm sənayenin şaxələndirilməsi, həm regionlarda yeni məşğulluq imkanlarının yaradılması, həm də Azərbaycanın qeyri-neft sektorunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır." - deyə, B.Quliyev əlavə edib.
Nuran Əhmədzadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 271 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 292 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 404 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 275 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 297 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
13.11.2026 295 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 366 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 264