Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMABakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorlar niyə işləmir və onların nə vaxt yenidən istifadəyə veriləcəyi gözlənilir?
Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, dövlət büdcəsindən vəsait ayrıldığı halda şəhərin mərkəzi ərazilərində yerləşən eskalatorların işləməməsi həm xidmətin keyfiyyəti, həm də büdcə vəsaitlərinin səmərəliliyi baxımından sual doğurur. Əgər eskalatorların saxlanılması, texniki xidməti və təmiri üçün maliyyə ayrılırsa, vətəndaş həmin vəsaitin nəticəsini işlək və təhlükəsiz infrastruktur şəklində görməlidir. Onun sözlərinə görə, eskalator adi kommersiya xidməti deyil, xüsusilə yeraltı keçidlərdə piyadaların hərəkətini asanlaşdıran şəhər infrastrukturunun bir hissəsidir: "Onların uzun müddət işləməməsi yaşlı insanların, fiziki məhdudiyyətli şəxslərin, uşaqlı valideynlərin və ağır yük daşıyan vətəndaşların hərəkətini çətinləşdirir. Bu baxımdan problem yalnız rahatlıq məsələsi deyil, şəhər infrastrukturunun əlçatanlığı məsələsidir. Əlbəttə, eskalatorun təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılması normal haldır. Texniki nasazlıq, planlı texniki xidmət və ya təhlükəsizliklə bağlı problem olduqda onun işlədilməsi düzgün olmaz. Amma belə hallarda əsas məsələ təmirin nə qədər müddətə başa çatdırılması və bunun üçün ayrılmış vəsaitin necə istifadə edilməsidir. Əgər problem aylarla davam edirsə, artıq idarəetmənin səmərəliliyi barədə sual yaranır.

Burada ictimai nəzarət də vacibdir. Hansı eskalatorun təmiri və saxlanılması üçün nə qədər vəsait ayrılıb, müqavilə hansı şirkətlə bağlanıb, texniki xidmətin müddəti nə qədərdir və obyektin niyə işləmədiyi barədə məlumat ictimaiyyət üçün açıq olmalıdır. Büdcə vəsaitinin ayrılması prosesin sonu deyil, əksinə, həmin vəsaitin real nəticəyə çevrilməsi əsas göstəricidir.

Yəni məsələni "eskalator niyə işləmir?" sualı ilə məhdudlaşdırmaq düzgün deyil. Daha əsas sual budur ki, ayrılmış dövlət vəsaiti hansı nəticəni yaradıb və xidmətin fasiləsizliyinə kim məsuliyyət daşıyır. Dövlət maliyyəsi hesabına saxlanılan infrastruktur vətəndaşa real xidmət göstərməlidir; əks halda ayrılan vəsaitin səmərəliliyi əsaslı şəkildə müzakirə olunmalıdır" - deyə Nəsirli qeyd edib.

Məsələ ilə bağlı BiG.AZ olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.