"Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEV

"Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEV"Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı son açıqlamasına yalnız Türkiyə-Səudiyyə münasibətləri çərçivəsində baxmaq düzgün olmazdı. Burada daha böyük və daha ciddi regional proses gedir.

Hakan Fidan açıq şəkildə bildirib ki, Səudiyyə Ərəbistanının yaranmış vəziyyətlə əlaqədar hərbi ehtiyacları meydana çıxarsa, Türkiyə bu ehtiyacların qarşılanmasına hazırdır. Bu açıqlama Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının intensivləşdiyi bir vaxtda səslənir. Yəni məsələ artıq adi diplomatik bəyanatdan çıxaraq təhlükəsizlik və müdafiə müstəvisinə keçir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, amma burada əsas məqamlardan biri avqustun 7-də Məkkədə imzalanmış Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Birgə Müdafiə Sazişidir. Bu sənəddə üç ölkədən birinə silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. Ona görə də şərti olaraq bunu "müsəlman NATO-su" adlandıranlar var. Təbii ki, hüquqi və institusional baxımdan bunu NATO ilə eyniləşdirmək düzgün deyil. Lakin kollektiv müdafiə və çəkindirmə prinsipi baxımından burada ciddi paralellik mövcuddur.

Məhz buna görə Fidanın bugünkü mövqeyi təsadüfi görünmür. Çünki söhbət təkcə Səudiyyə Ərəbistanına siyasi dəstək verməkdən getmir. Türkiyə faktiki olaraq deyir ki, regionda müttəfiqinin təhlükəsizliyinə təhdid yaranarsa, onun müdafiə ehtiyaclarının qarşılanmasında iştirak etməyə hazırdır.

Digər tərəfdən, burada Türkiyənin Yaxın Şərqdə artan geosiyasi çəkisini də nəzərə almaq lazımdır. Ankara artıq regionda baş verən proseslərin yalnız izləyicisi deyil. Türkiyə həm diplomatik, həm siyasi, həm də müdafiə imkanları baxımından regional təhlükəsizlik məsələlərində özünün ayrıca çəkisini formalaşdırır.

"Hesab edirəm ki, Türkiyənin mesajının ən mühüm tərəfi də məhz budur ki, Yaxın Şərqdə hər hansı yeni təhlükəsizlik arxitekturası qurularkən Türkiyə faktoru nəzərə alınmalıdır.
Üstəlik, Məkkə sazişi artıq yalnız kağız üzərində qalmır. Avqustun 31-də İstanbulda üç ölkənin strateji-siyasi və müdafiə komitəsinin ilk iclası keçirilib, kollektiv çəkindirmə və müdafiə mexanizmlərinin institusional şəkildə gücləndirilməsi barədə razılıq əldə olunub. Hətta Səudiyyə Ərəbistanında üçtərəfli mexanizmin katibliyinin yaradılması nəzərdə tutulur.

Amma burada çox mühüm bir nüans var. Türkiyənin mövqeyini avtomatik olaraq "Ankara husilərlə müharibəyə girir" kimi təqdim etmək düzgün olmaz. Çünki Ankara eyni zamanda, diplomatiyanı, gərginliyin azaldılmasını və regional sabitliyin qorunmasını da önə çəkir. Sentyabrın 22-də Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri də Riyadın özünümüdafiə hüququnu təsdiqləməklə yanaşı, dialoq və diplomatiyanı əsas həll yolu kimi göstəriblər.

Beləliklə, mənzərə kifayət qədər aydındır ki, Türkiyə bir tərəfdən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təminat verən yeni regional mexanizmin içərisində öz öhdəliyini nümayiş etdirir, digər tərəfdən isə Yaxın Şərqdə mümkün daha böyük müharibənin qarşısını almaq üçün diplomatik imkanlarını saxlayır.

Burada əsas məsələ budur ki, Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir. Hakan Fidanın açıqlaması da məncə, məhz bu reallığın növbəti siyasi mesajıdır." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 160   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından əhəmiyyətlidir" - PƏRVANƏ VƏLİYEVA

"Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı qısa vaxt ərzində iddialı hədəflərə çatmağı nəzərdə tutur. Bu, ilk növbədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji təşki

11:19 174
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

13:03 78
.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

22.09.2026 235
.

Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb

ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla

11:22 124
.

Prezident daha bir dövlət proqramını təsdiqlədi

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasınd

10:53 132
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22.09.2026 268
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

22.09.2026 350
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

22.09.2026 234
.

Tramp İran nümayəndələri ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib

11:36 118
.