Məktəbli forması ilə bağlı yeni tələblər: Hansı geyimlərə icazə verilməyəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin son qərarı ilə məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməyəcək.
Yeni tələblər valideynlərin də üzərinə müəyyən məsuliyyət qoyur. Bəs yeni qaydalar konkret olaraq hansı geyimlərə şamil olunacaq və məktəblərdə bu tələblərə əməl olunmasına kim nəzarət edəcək?
Mövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, məktəbli formasına yalnız geyim məsələsi kimi yanaşmaq doğru olmaz. Burada əsas məqsəd məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Eyni zamanda vahid məktəbli forması məktəbin ümumi mühitinə, şagirdlər arasında münasibətlərə və sosial adaptasiyaya təsir edən amillərdən biridir. Onun sözlərinə görə, məktəbin əsas prinsiplərindən biri bərabərlik olmalıdır: "Uşaqlar ailələrinin maddi imkanlarından, sosial statusundan, etnik və ya dini mənşəyindən asılı olmayaraq məktəbə ilk növbədə şagird kimi gəlirlər. Eyni parta arxasında əyləşən uşaqlar arasında geyim və xarici görünüş üzərindən sosial fərqlərin qabardılmaması xüsusilə vacibdir. Vahid forma bu fərqlərin məktəb mühitinə daşınmasını müəyyən qədər məhdudlaşdırır və uşaqların geyim üzərindən müqayisə və ayrı-seçkiliklə üzləşməsi riskinin azalmasına xidmət edir. Digər mühüm məsələ dövlət təhsil sisteminin dünyəvi xarakter daşımasıdır. Məktəb müxtəlif ailələrdən və fərqli sosial-mədəni mühitlərdən gələn uşaqlar üçün ortaq, neytral və inklüziv məkan olmalıdır. Vahid geyim qaydaları da bu ümumi məktəb mühitinin qorunmasına xidmət edən vasitələrdən biri kimi qiymətləndirilə bilər.
Məktəbli forması, eyni zamanda, uşaqlarda məktəbə və kollektivə aidlik hissinin formalaşmasına, müəyyən qaydalara əməl etmək vərdişinin yaranmasına və məsuliyyət hissinin güclənməsinə kömək edir. Təbii ki, burada əsas şərt formanın uşaqların yaş xüsusiyyətlərinə uyğun, rahat, praktik və gündəlik istifadə üçün əlverişli olmasıdır. Forma uşağa əlavə çətinlik yaratmamalı, əksinə, onun məktəb həyatını daha rahat etməlidir.
Bu məsələdə məktəb və valideyn əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Məktəbdə müəyyən edilmiş daxili nizam-intizam və geyim qaydalarına əməl olunması yalnız şagirddən tələb edilən məsuliyyət deyil. Valideyn, məktəb və şagird bu qaydaların məqsədini düzgün anlamalı və qarşılıqlı əməkdaşlıq etməlidir.
Nəticə etibarilə, vahid məktəbli geyiminin mahiyyəti hamını sadəcə eyni geyindirmək deyil. Əsas məqsəd məktəbdə sosial fərqlərin mümkün qədər arxa plana keçdiyi, uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etdiyi, diqqətin geyimə deyil, təhsilə və şagirdin inkişafına yönəldiyi sağlam məktəb mühiti yaratmaqdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 271 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 292 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 404 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 275 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 297 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
13.11.2026 295 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 366 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 264