Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidir

Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidirNazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında" qərar verib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.

Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir.
Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidirMövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev bildirib ki, mktəbli forması məsələsində əsas məqsəd məktəbdə vahid mühitin, nizam-intizamın və şagirdlər arasında bərabərlik prinsipinin qorunmasıdır:

"Uşağın hansı ailədən gəlməsindən, valideynlərinin maddi imkanlarından və dünyagörüşündən asılı olmayaraq, məktəbdə hər bir şagird özünü digərləri ilə bərabər hiss etməlidir. Vahid forma bu fərqlərin ön plana çıxmasının qarşısını müəyyən qədər alır və diqqəti geyimdən, brenddən və maddi imkanların nümayişindən təhsilə yönəldir. Bu baxımdan, Nazirlər Kabinetinin yeni qərarını məktəb mühitində vahid qaydaların dəqiqləşdirilməsi kimi qiymətləndirirəm".

Deputatın fikrincə, qərarın tətbiqində ən vacib məsələ konkretlikdir:

""Dünyəvilik prinsipinə uyğun olmayan geyim" anlayışı elə müəyyənləşdirilməlidir ki, məktəb rəhbərliyi ilə valideyn arasında fərqli yanaşmalar yaranmasın. Qaydalar hamı üçün eyni və aydın olmalıdır, heç bir halda ayrı-seçkiliyə və subyektiv yanaşmaya yol verilməməlidir. Digər tərəfdən, məktəbli forması uşaqlar üçün rahat, praktik və onların yaş xüsusiyyətlərinə uyğun olmalı, ailələrə də əlavə maliyyə yükü yaratmamalıdır".

Müsahibimiz vurğulayıb ki, məqsəd uşaqların fərdiliyini sıxışdırmaq deyil:

"Məqsəd məktəbdə hamı üçün eyni qaydaların və bərabər mühitin formalaşdırılmasıdır. Əgər bu prinsip qorunaraq tətbiq olunarsa, yeni qaydalar məktəb mühitində nizam-intizamın və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edəcək".

Aynur Babayeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 292
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 404
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 275
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 297
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 295
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 330
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 366
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 264
.