Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir.
BiG.AZ xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, rayon ərazisində ümumilikdə 52 qəzalı çoxmənzilli yaşayış binası var. AQC sədri qeyd edib ki, qəzalı binalardan 10-u üzrə sakinlərin köçürülməsi artıq başa çatıb. Daha 7 binada isə köçürülmə prosesinə başlanılıb.
"Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri, həmçinin Ramana qəsəbəsinin 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb", - deyə V.Oruc bildirib.
O əlavə edib ki, qəzalı binaların sökülməsi zamanı sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazidən asılı olaraq fərqli müəyyənləşdirilir. Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Söküntü ilə bağlı qərar qəbul edildikdən sonra müvafiq qiymətləndirici şirkət tərəfindən mənzillərin dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.
"Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər", - deyə ekspert qeyd edib.
V.Orucun sözlərinə görə, qeyri-yaşayış sahələri üçün kompensasiyanın yaşayış sahələri ilə müqayisədə təxminən 20-25 faiz daha yüksək olması nəzərdə tutulur.
"Qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsinin qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırda Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 797 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə bir həftə dərs olmayacaq
Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Axşam.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlü
13.11.2026 377 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 301 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 286 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 330 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 299 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 327 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 434 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 329 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 235