Qondarma rejimin özünü buraxması faktı niyə unudulur?

Qondarma rejimin özünü buraxması faktı niyə unudulur?"Ermənistandakı revanşist qüvvələr Qarabağda mövcud olmuş qondarma rejimlə bağlı iddialarından geri çəkilmir və bu məsələni beynəlxalq müstəvidə müxtəlif formalarda gündəmə gətirməyə çalışırlar. Lakin onların nədənsə "unutduğu" mühüm bir fakt var: həmin qondarma rejim 2023-cü il sentyabrın 28-də özünü buraxdığını rəsmən elan etmişdi". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan bölgədə sülhün və sabitliyin təmin edilməsi, habelə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində müxtəlif təşəbbüslər irəli sürdü: "Buna baxmayaraq, sonrakı üç il ərzində bölgədə Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrin mövcudluğu, hərbi təxribatların davam etdirilməsi və separatçı rejimin fəaliyyətini saxlaması vəziyyətin mürəkkəbləşməsinə səbəb oldu.

2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən yerləşdirilmiş minaların partlaması nəticəsində mülki şəxslərin və hərbi qulluqçuların həlak olması və yaralanması, eyni zamanda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və bölgədə qanunsuz silahlı birləşmələrin döyüş hazırlığının artırılması Azərbaycan tərəfindən antiterror tədbirlərinin başlanmasına səbəb oldu.

19-20 sentyabr tarixlərində keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu bərpa etdi. Əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun hazırlığını və döyüş qabiliyyətini nümayiş etdirdi.

Bu prosesin mühüm məqamlarından biri də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələsi idi. Qarabağda yaşayan erməni sakinlərin zərər görməməsi üçün müvafiq tapşırıqlar verilmiş, mülki əhali müxtəlif vasitələrlə xəbərdar edilmiş, ehtiyacı olan şəxslərə tibbi və digər yardım göstərilməsi üçün tədbirlər görülmüşdü.

Əməliyyatdan sonra Azərbaycan ilə Qarabağ ermənilərinin nümayəndələri arasında Yevlaxda görüş keçirildi. Görüşdə bölgədə yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi.

Və məhz bundan sonra separatçı rejim özünü buraxması ilə bağlı məlumat yaydı.

2023-cü il sentyabrın 28-də həmin rejimin rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək qondarma qurumun bütün dövlət qurumları və təşkilatlarının ləğv edilməsi və onun fəaliyyətinin dayandırılmasını açıqladı. Burada Qarabağ əhalisinin Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olması çağırışı da yer alırdı.

Başqa sözlə, bu fakt separatçı rejimin mövcudluğunun sona çatdığını onun öz rəhbərliyinin yazılı şəkildə təsdiqləməsi idi.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkənin beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi prosesinin mühüm mərhələsi oldu. Sonrakı mərhələdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağının ucaldılması isə dövlət hakimiyyətinin həmin ərazilərdə bərpa olunmasının rəmzi ifadəsinə çevrildi.

Qondarma rejimin bir sıra keçmiş rəhbərləri və üzvləri 2023-cü ilin sentyabrında saxlanılaraq Bakıya gətirildi. Onlar barəsində Azərbaycan qanunvericiliyinə uyğun cinayət təqibi həyata keçirildi və məhkəmə prosesləri keçirildi.

Beləliklə, 19-20 sentyabr 2023-cü il hadisələrinə yalnız hərbi əməliyyat kimi yanaşmaq düzgün olmaz. Bu proses Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə yanaşı, Qarabağda uzun illər mövcud olmuş separatçı idarəetmə strukturunun da faktiki və hüquqi baxımdan fəaliyyətinin sona çatması ilə nəticələndi.

2024-cü il sentyabrın 19-da Azərbaycan Prezidenti tərəfindən 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalandı. Bununla da 19-20 sentyabr 2023-cü il tarixində baş vermiş hadisələrin Azərbaycan dövlətçiliyi baxımından tarixi və siyasi əhəmiyyəti rəsmi şəkildə təsbit edildi".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 981   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 199
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 230
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 184
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 259
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 145
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 375
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 390
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 198
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 364
.