TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMAAzərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşmalar gündəmə gəlib.

Bəs qadınların 6 aylıq müddətə hərbi xidmət keçməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qadınların hərbi xidmətə qəbulunda 6 aylıq ilkin müddətin nəzərdə tutulması onların xidmətə uyğunlaşma imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətlidir.

Ekspertin sözlərinə görə, əvvəllər qadınlar əsasən bağlaşma əsasında hərbi xidmətə qəbul edilirdilər:

"Bu məsələ uzun müddətdir müzakirə olunur. Müddətin 6 aya salınmasında əsas məqsəd qadınların hərbi xidmət şəraitinə uyğunlaşıb-uyğunlaşmadığını müəyyənləşdirməkdir. Çünki bəzi hallarda hərbi xidmətə başlayan xanımlar xidmət şərtlərinə uyğunlaşa bilmir və seçdikləri peşədə özlərini görmürlər. Nəticədə xidmət onlar üçün müəyyən çətinliklər yaradır".

Ü. Cəfərov qeyd edib ki, həmin 6 aylıq müddət ərzində hərbi qulluqçunun xidmətə münasibəti, adaptasiyası və fəaliyyət göstəriciləri nəzərə alınır:

"Əgər xanım bu 6 aylıq müddətdə xidmətə uyğunlaşa bilirsə, hərbi xidmət ona uyğundursa, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirsə, əlbəttə, həmin müddət sonradan komandanlıq tərəfindən uzadıla bilər".

Hərbi ekspert bildirib ki, belə yanaşma uzunmüddətli müqavilə bağlanmazdan əvvəl həm hərbi qulluqçu, həm də xidmət etdiyi hərbi hissə üçün müəyyən üstünlüklər yaradır.

"Çünki bağlaşma, məsələn, 3 illik müqavilə əsasında həyata keçirilir. Bu halda sonradan xidmətə uyğunlaşa bilməyən şəxslə bağlı həm hərbi hissə, həm birləşmə, həm də onun xidmət keçdiyi idarə və müəssisə üçün əlavə çətinliklər yarana bilər. 6 aylıq müddətin nəzərdə tutulması məhz bu kimi halların qarşısını almaq məqsədi daşıyır".

Ekspertin fikrincə, bu yanaşma hərbi xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına da müsbət təsir göstərə bilər.

"Bu, mənə görə, normal yanaşmadır. Eyni zamanda hərbi xidmətin keyfiyyətinin artmasına səbəb ola bilər", - deyə Üzeyir Cəfərov əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 402
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 211
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 248
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 128
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

15:50 108
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 86
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

13:55 221
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 219
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 147
.