Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıbAzərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Bir olan Yaradanımızın adı ilə.

Biz - Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhvali-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayırıq.

Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, həmçinin sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın və yüksəkvəzifəli digər rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etmələri tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpusun nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir.

Bəyan edirik ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir. Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir.

Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz. Tarixdən məlumdur ki, 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul etmişdir. Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng monastırının tarixi VI-VII əsrlərə gedib çıxır. Tarixi necə dəyişmək, necə saxtalaşdırmaq olar? Danılmaz həqiqətdir ki, Gəncəsər məbədi alban knyazı Həsən Cəlal Dövlənin göstərişi ilə 1216-1238-ci illərdə inşa edilmiş və 1240-cı ildə alban patriarxı Nersesin xeyir duasını almışdır. Gəncəsər məbədinin əhəmiyyəti və bizim üçün xüsusi dəyəri ondan ibarətdir ki, o, alban katolikosluğunun iqamətgahı olmuşdur. Həsən Cəlalın sülaləsindən olan knyazlar və ruhanilər, o cümlədən Həsən Cəlal Allahverdi bəy monastırın ərazisində dəfn edilmişdir.

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıbTəəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra Çar sinodunun qərarı 1836-cı ildə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmuş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni-Qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədləri qriqorianlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş ya da saxtalaşdırılmışdır. Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin min cür saxta oyunlarla erməniləşdirilməsi və mənimsənilməsi cəhdləri son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın vaxtilə işğal altında olmuş torpaqlarında bir dənə də olsun alban məbədinin tarixi siması olduğu kimi saxlanılmamışdır.

Qafqaz Albaniyasının tarixi-mədəni irsini mənimsəyərək özünə saxta tarix yaratmaq həm keçmişə, həm də gələcəyə qarşı çıxmaq, mehriban qonşuluq və dinc birgə yaşayışın əsaslarını baltalamaqdır. Eyni siyasətin bu gün də davam etməsi və Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Tarix olduğu kimi öyrənilməli, yazılmalı və təqdim edilməlidir. Biz, bu torpağın ilk xristianları, öz tarixi və dini-mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərini qətiyyətlə rədd edirik.

Tarixi reallıq sübut edir ki, Qafqaz Albaniyasının tarixi-siyasi və mədəni-dini irsi bu gün ayrı-ayrı etnosların, dinlərin və etiqadların əsrlərlə tolerantlıq şəraitində yaşadığı Azərbaycan dövlətinə və Azərbaycan xalqına məxsusdur. Bu gün öz dilini, dinini, adət-ənənələrini yaşadan xristian icma olaraq biz dədə-babalarımızdan qalan müqəddəs mirasa bundan sonra da sahib çıxacaq və erməni saxtakarlığına qarşı mübarizəmizi davam etdirəcəyik.

Bu gün biz udilər Qəbələ və Oğuzdakı kilsələrdə ibadət etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki qədim alban məbədlərində, o cümlədən "Gəncəsər", "Ağoğlan", "Xudavəng", "Amaras" və digər müqəddəs məkanlarda da sərbəst dini ayin və mərasimlər keçiririk.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Alban Apostol Kilsəsinin üzləşdiyi ədalətsizliyin aradan qaldırılması, tarixinin obyektiv şəkildə öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli fürsət yaranmışdır. Azərbaycan hökuməti mənsubiyyətindən asılı olmayaraq ölkədə bütün tarixi-dini abidələrin bərpası və təmiri sahəsində böyük işlər həyata keçirir, bu irsə xüsusi həssaslıqla yanaşır. O cümlədən Alban irsinə aid möhtəşəm abidələr, Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda "kilsələrin anası" hesab olunan apostol Yelisey məbədi, udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki "Çotari" və "Məryəm ana" kilsələri və s. bərpa edilərək dövlət qorumasına alınmışdır. Alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlara görə biz bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Bir daha bəyan edirik ki, torpaqlarımız işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmuş və regionda yeni reallıqlar yaranmışdır. Nəhayət erməni tərəfi bu gerçəkliyi qəbul etməli, regionumuzun və xalqlarımızın əmin-amanlığı üçün son dərəcə zəruri olan sülh prosesinə mane olan hər cür addımlardan, revanşist təbliğatdan və tarixi həqiqətləri təhrif etməkdən birdəfəlik əl çəkməlidir. Biz dəfələrlə Qarabağa gedib dini ayinləri icra etmişik, orada uyuyan əcdadlarımızın ruhunu yad etmişik, yaxın vaxtlarda yenidən səfər etməyi planlaşdırırıq.

Uca Yaradan yardımçımız olsun!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 102
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 200
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 357
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 396
.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 247
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 308
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 159
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 378
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.